Bazar günü bağlanacaq yollar – SİYAHI

Date:

Paylaş:

20 Yanvar günü səhər saat 08:00-dan etibarən Parlament prospektinə gedən yollarda nəqliyyatın hərəkəti tam şəkildə məhdudlaşdırılacaq.

“Bizplus.az” xəbər verir ki, bu sözləri BPİ Dövlət Yol Polisi İdarəsi polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsi qurbanlarını yad edən vətəndaşların rahat, təhlükəsiz hərəkətinin təmin olunması üçün paytaxt ərazisində yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:

“Parlamanet prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti istiqaməti dəyişdiriləcək.

Vətəndaşlardan xahiş olunur ki, qeyd edilən istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər. Mümkün qədər ictimai nəqliyyata üstünlük versinlər”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...