Marlboro siqaret istehsalçısı Altria Group elektron siqaret istehsalçısı Juul-a 4,5 mlrd. dollar yatırım edib. Bu barədə The Wall Street Journal Altria-ya istinadən xəbər verir.
Şirkətdə bildirilib ki, Juul-da üçüncü rübün nəticələrinə görə aktivlərin dəyəri üçdə birə düşüb. Juul-un dəyəri 38 mlrd. dollardan 24 mlrd. dollara düşüb.
Altria 2018-ci ilin sonunda Juul-un 35%-ni 12,8 mlrd. dollara əldə etmək barədə razılığa gəlib və şirkəti 38 mlrd. dollar dəyərləndirib. Əməliyyat hələ də ABŞ-ın Federal ticarət komissiyasının razılığını gözləyir.