Çində 5G şəbəkəsi üzrə kommersiya xidmətlərinin göstərilməsinə başlanılıb

Date:

Paylaş:

Çində 5-ci nəsil mobil rabitə şəbəkəsi (5G) üzrə kommersiya xidmətlərinin göstərilməsinə başlanılıb.

Bizplus.az xəbər verir ki, Pekində keçirilən illik beynəlxalq poçt və telekommunikasiya sərgisi çərçivəsində oktyabrın 31-dən keçirilən rəsmi açılış mərasimdə Çinin üç mobil rabitə operatoru – “China Mobile”, “China Telecom” və “China Unicom” abunəçilərə 5G şəbəkə xidmətləri göstərməyə başladıqlarını elan ediblər. Mobil rabitə operatorları noyabrın 1-dən etibarən 5G şəbəkəsi üzrə internet paketlərini satışa çıxaracaqlar.

Cari ilin sonunadək Çinin təxminən 50 şəhərində 5G şəbəkəsi üçün 130 min baza stansiyasının quraşdırılması planlaşdırılır. Artıq 86 min stansiya qurşadırılıb. Gələn il isə 5G şəbəkəsinin bütün ölkəni əhatə edəcəyi gözlənilir. Çinin mobil rabitə operatorları qarşıdakı 5 ildə 5G şəbəkəsinə 220 milyard ABŞ dolları sərf edəcəklərini açıqlayıblar. Cari ildə isə bu xərclər 5 milyard dollar təşkil edəcək. Proqnozlara görə, 2025-ci ilədək Çində 5G istifdəçilərinin sayı 460 milyona çatacaq ki, bu da dünyada ən böyük 5G bazarı olacaq.

Qeyd edək ki, yeni nəsil mobil rabitə şəbəkəsi süni intellekt, virtual reallıq kimi texnologiyalar, pilotsuz nəqliyyat vasitələri, 3D-çap, daşınan qurğular və sair qabaqcıl sahələr üçün yeni imkanlar açır. 5G xidməti istənilən vaxt və istənilən yerdə heç bir ləngimə olmadan 4K çəkilişi ilə real vaxt rejimində video yayımlamağa imkan verir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...