2004-cü ildə Harvardlı tələbə Mark Zuckerberg tərəfindən qurulan Facebook əvvəlcə Harvard tələbələri üçün nəzərdə tutulmuşdu ancaq daha sonra Boston ətrafındakı universitetləri də əhatə etmişdi.
İlk ildən sonra artıq Amerika Birləşmiş Ştatlarındakı bütün universitetlər Facebookda mövcud idi. İstifadəçilər əvvəllər yalnız universitetlərin elektron poçt ünvanıyla (.edu, .ac.uk, və s.) üzv ola bilirdi. Daha sonra facebooka şirkətlər və bütün məktəblər də qatıldı. 11 Sentyabr 2006 tarixində isə Facebook bütün email adreslərinə icazə verdi ancaq yaş məhdudiyyəti ilə.
Bu qısa quruluş hekayəsindən sonra dünyanın ən gənc milyarderi kimi tanınan Mark Zuckerbergin sərvəti Donald Trumpın prezident seçkilərini qazanması və facebookda saxta xəbər skandalları ilə 49 milyarda qədər azalmışdı.
Bu səbəblə 2016-cı ildə Forbes jurnalının ilk 400 siyahısına dördüncü milyarder kimi daxil olmuşdu.
Bütün bu baş verən hadisələrdən sonra radikal qərarlarla yoluna davam edən Zuckerbergin Facebookun saxta xəbərlərə qarşı müharibə açması və qazandığı müsbət media imicinin artması 2017-ci ilin ilk iki həftəsində onun sərvətini 5 milyard dollar daha artırdı.
Bu artım sayəsində Mark Zuckerbergin sərvəti 53 milyard dollara qədər qalxdı. Marc Zuckerbergin imic düzəltmə siyasəti müsbət nəticələr verməyə davam etsə siyahının ilk sırasında iştirak edəcək.