Facebookdan milyardlar qazanan Mark Zuckerberg

Date:

Paylaş:

Mark Zuckerberg kimdir?

Mark Zuckerberg 14 May 1984-cü ildə ABŞda New York ştatının White Plains şəhərində diş həkimi Edward və psixiatr həkim olan anası Karenin tək oğlan uşağı kimi dünyaya gəlib. Mark kompüter proqramçısı və internet sahəsində fəaliyyət göstərən bir iş adamıdır. Facebookun qurucusu və rəhbəridir.

Həyatı

İlk proqramını 10 yaşında olanda yazıb. Məktəb illərində müxtəlif elm sahələrində bir çox mükafat alan Mark Zuckerberg məktəbdəki müvəffəqiyyətli qiymətləriylə ABŞın ən prestijli universitetlərindən biri olan Harvarda girir və universitetin ilk ilində ən yaraşıqlı və ən gözəl tələbələrin seçildiyi facemash.com saytını yaradır. Sayta qanunsuz şəkildə Hardvarddakı bütün tələbələrin fotoşəkillərini yerləşdirir. Şəkilləri tapmaq üçün universitetin məlumat bazasına girməyi lazım olur. Məlumat bazasına qanunsuz şəkildə girdiyi ortalığa çıxan Zuckerberg məsuliyyətə cəlb edilir və 2004-ci ildə məktəbi tərk edir.

Facebookun yaranması

Harvardda oxuyan ekiz qardaşların ona söylədikləri sosial şəbəkə saytı qurmaq ideyasını gizlincə həyata keçirir və ikinci saytı olan Facebooku 2004-ci ildə istifadəyə verir.

Facebook 18 ay ərzində ABŞın ən böyük tanışlıq saytlarından biri olur və təbii olaraq investorların da diqqətini çəkir. İnvestorlarla bir axşam yeməyi zamanı yaşı kiçik olduğu üçün spirtli içki belə içməyi qadağan olduğu üçün bütün gecə limonad içir. 18 ay əvvəl qurduğu saytın bir hissəsini 60 milyon dollara satır. Bu gün sahib olduğu 53 milyard dollarlıq sərvətinin əsasını qoyur. Facebook 2011-ci ildə The Brand Finance Global 500 siyahısına görə dünyanın ən qiymətli 281-ci markası olur.

Mark Zuckerberg Yəhudi olaraq yetişdirilməsinə baxmayaraq ateist olduğunu açıqlayıb.

Facebooku 2004-ci ildə quran Mark Zuckerberg, Time jurnalı tərəfindən 2010-cu ildə ilin adamı seçilib.

 O, 19 may 2012 tarixində 9 illik Çin əsilli sevgilisi Priscilla Chan ilə evlənib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...