Daima yeni marketinq alətləri üzərində çalışan “Marcom” Marketinq və Kommunikasiya şirkəti qabaqcıl cloud (bulud sistemi) üzərindən CRM platformaları təklif edən “Cubics” şirkəti ilə strateji tərəfdaş oldular. Hər iki şirkət birlikdə CRM platformalarının daha da funksional və müştərilər üçün əlçatan olması istiqamətində birlikdə fəaliyyət göstərəcəklər.
“Cubics Technology” şirkətinin rəhbəri Hacıağa Hacının sözlərinə görə bu istiqamətdə strateji tərəfdaş tapmaq olduqca çətin məsələdir: “Biz “Marcom” şirkətinin fəaliyyətini çoxdan izləyirdik. Şirkətin bazarda formalaşdırdığı dəsti xətt və layihələrə yanaşması bizim diqqətimizi cəlb etdi. Daha sonra şirkət olaraq CRM Platformaları ilə bağlı fikir mübadiləsi apardıq və anladıq ki, bu istiqamətdə yeni həll yolları təqdim edərək şirkətlərə CRM platformalarını daha əlçatan edə bilərik. Bu gün bazarda fəaliyyət göstərən bir çox şirkətlər bahalı və limitli funksionallığı olan CRM platformalarından istifadə etməkdə davam edirlər. Yaranmış hər hansı bir problemi həll etmək istədikdə isə dil baryeri, ölkələrarası saat fərqi və işə operativ yanaşmada müəyyən problemlər yaşayırlar. Şirkətlərin bu və digər problemlərin həlli üçün iki şirkət olaraq güclərimizi birləşdirməyi qərara almışıq.”
“Marcom” şirkətinin icraçı direktoru Ceyhun Fərzəliyev şirkətlərarası imkanlardan danışaraq bunları söyləmişdir. “CRM Platformalar bazarının inkişafı və bu istiqamətdə ən son texnologiyaların tətbiqi bizim üçün çox önəmli məsələdir. Mən çox şadam ki, hər iki şirkətin bu istiqamətdə olan inkişaf strategiyası oxşardır. Bundan sonra bazara daha geniş funksionallığa malik və kiçik büdcəli şirkətlər üçün də əlçatan platformalar təqdim etmək imkanlarımız olacaq. Biz həmçinin bu sahənin inkişafı və sahibkarların maariflənməsi üçün də müvafiq marketinq addımları atmağı planlaşdırırıq. Əsas odur ki, hər iki şirkətin proqramçıları bir yerdə işləmək gücündədir.”
Qeyd edək ki, hər iki şirkət bazarda CRM Platformalarının hazırlanması və texniki dəstəyi istiqamətində işlər həyata keçirirlər