İsrail şirkəti süni intellektə malik aviasiya bombasını sınaqdan keçirib

Date:

Paylaş:

İsrailin “Rafael” şirkəti müxtəlif obyektlər arasında verilmiş hədəfi aşkarlamağa imkan verən süni intellektə malik “Spice 250” adlı süzən aviasiya bombası yaradaraq uğurla sınaqdan keçirib.

Hazırda süzən bombalar müxtəlif tuşlama sistemləri ilə təchiz edilirlər, lakin hədəf ətraf obyektlərə bənzəyən zaman sursat lazımi yerdə partlamaya bilər. “Spice 250” bombasının qeyri-adiliyi ondadır ki, quraşdırılmış süni intellekt üçölçülü modellərə malik məlumat bazası və təlim görmüş neyroşəbəkələr vasitəsilə hədəfi fərqləndirə bilir. Perspektivdə sursatın əsas hədəfi aşkarlamayacağı təqdirdə ikinci dərəcəli hədəfin avtomatik seçilməsi imkanının tətbiqi planlaşdırılır.

İsrailin yeni aviabombasının əsas xüsusiyyətlərinə gəldikdə, onun döyüş başlığının çəkisi 75 kq təşkil edir. Süzmə üçün qatlanan qanad bombaya atılma nöqtəsindən 100 km uzaqda yerləşən hədəfləri vurmağa imkan verir. Bundan başqa, “Spice 250” uçub yaxınlaşmaya bir neçə saniyə qalmış hədəfin vurulmasını ləğv edən sistemlə təchiz edilib, quraşdırılmış kameradan təsvirlər isə hədəfin vurulması anınadək qəbuledicidə göstərilir. Bombanın digər texniki xüsusiyyətləri barədə məlumat verilmir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...