Maliyyə Nazirliyi vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”nin qurulması ilə bağlı texniki tapşırığın hazırlanmasından ötrü məsləhət xidmətlərinin göstərilməsi üçün bu sahədə təcrübəyə malik şirkətlərin cəlb edilməsi məqsədi ilə tender elan edib.
Tender 27 avqust saat 11:00-da nazirlikdə keçiriləcək.
Tenderdə iştirak haqqı 300 manatdır.