“Mail.ru” özünün mobil əlavəsini yeniləyib

Date:

Paylaş:

“Mail.ru” elektron poçt xidməti özünün mobil əlavəsində böyük yeniliklərə gedib.

Dəyişikliklər poçt xidmətinin əsas funksiyalarına toxunub: Naviqasiya, qovluq və məktublarla işə, həmçinin hesabların dəyişdirilməsinə.

Yeni dizaynı tətbiqin son versiyasında olan tənzimləmələr bölümündən aktiv etmək olar.

Dəyişiklik olunan əlavə App Store və ya Google Play-də əlçatandır. Müasir internet xidmətləri üçün əsas interfeys olur ki, bundan da auditoriyanın əksəriyyəti gündəlik istifadə edir. Mail.ru hələ 2018-ci ildə veb versiya üzrə izləyicilərin sayını aşıb. Demək olar ki, bu gün “Mail.ru” poçt xidmətinin 60% sahibləri öz qutularını məhz mobil qurğu üzərindən yoxlayır. Bundan başqa, “mobile only” adlı anlayış yaranıb. Bu isə o deməkdir ki, istifadəçilər gün ərzində, hətta ayda bir dəfə belə poçt qutularını mobil qurğular üzərindən yoxlayırlar.

Əlavənin yeni versiyasında dizayn tamamilə dəyişdirilib. Redizaynın əsas məqsədlərindən biri istifadəçilərə çox vacib funksiyalara daha rahat əlçatanlıq vermək idi. Statistikaya görə, “Mail.ru” istifadəçilərinin 33%-i iki və daha çox hesab əlavə edib. İstifadəçilərin rahatlığı üçün hesabların daha rahat dəyişdirilməsi də həll edilib. Bu tapşırığı həll etmək üçün daha vacib funksiyaları özündə saxlayan Akkaunt hissəsi və hesabların dəyişdirilməsi zamanı lazım olan düymə görünə bilən yerə əlavə edilib. Daha bir trend dəyişiklik isə, ekranın ölçüsünün artırılması ilə bağlı olub.

Dəyişiklik əlavənin vizual sitilinə də təsir edib. Əsas elementlər rənglər vasitəsilə vurğu edilib. Şriftin dəyişdirilməsi isə məktubları daha rahat oxunaqlı edib. Və rənglərə vurğunun olması isə istifadəçilərə daha vacib məktublara fokuslanmağa kömək olacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...