Azərbaycan Rusiyadan 118 min ton dənli bitki idxal edib

Date:

Paylaş:

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Rusiyanın Saratov vilayətindən ümumi həcmi 118,1 min ton dənli və yağlı bitkilər idxal edib.

Bu barədə Rusiyanın Saratov vilayətinin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (Rosselxoznadzor) yaydığı məlumatda deyilir.

Məlumata görə, ümumilikdə yarım il ərzində Saratov vilayəti 352,4 min ton dənli və yağlı bitkilər ixrac edib. Vilayət bu ilin 6 ayı ərzində karantin nəzarəti altında olan kənd təsərrüfat məhsullarını əsasən Azərbaycana (118,1 min ton), Latviyaya (68,1 min ton), İrana (33,1 min ton), Türkiyəyə (11,3 min ton) və Gürcüstana (10,3 min ton) ixrac edib

Həmçinin, bu il ilk dəfə olaraq Saratov vilayəti İtaliyaya kənd təsərrüfatında heyvandarlıqda istifadə olunan günəbaxan yemi ixrac edib. İxracın həcmi 5,5 min ton təşkil edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...