Maliyyə imperiyası qurmuş 5 iş qadını

Date:

Paylaş:

Gender bərabərsizliyi bu gün də biznes dünyasının danılmaz gerçəkliyidir. Ona görə də, ağ səhifədən başlayıb, çox milyonlu dəyəri olan şirkətlərin qurucusu olmuş zərif məxluqlar haqqında oxumaq çox maraqlıdır. Belə uğuru, bəzi kişilər yuxularında belə xəyal etmirlər.

Вот кто точно нашел деньги в стуле!

Masa üzərində pul tapan varsa, bu həmin xanımdır.

Çan Layva

Şəxsi kapital: 6,1 milyard dollar

Fuwah International Groupun Pekində kommersiya tipli daşınmaz əmlak bazarında  ən iri şirkətlərdən biridir. Layva nəcabətli çin sülalələrindən birinin yetirməsidir. O, dünyaya gələndə, ailəsi artıq öz nüfuzunu və sərvətini itirmişdi. Gələcək maqnat, təhsilini atmalı və belə təmiri və satışı üzrə öz biznesini qurmalı olur. Işlər yaxşı gedir və Layva Honkonqda bir neçə villa ala biləcək qədər pul yığır.

Üstündən 30 il keçəndən və Çin paytaxtında 1,5 mln kv metr daşınmaz əmlak aldıqdan sonra, Layva indi həm də xeyriyyəçilik ilə məşğuldur. İndi o, həm də öz keçmiş sevgisinə də vaxt ayıra bilir, belə ki Layva səndəl ağacından düzəldilmiş mebellərin vurğunudur. Onun doğulduğu imperator sarayı da məhz belə mebellə döşənmişdi. Çan həmçinin Red Sandalwood Museu möhtəşəm muzeyin işləri ilə məşğul olur – o bu layihəyə 20 mln yuan investisiya edib. Şirkətin idarəetməsini isə oğluna həvalə edib.

Название компании Theranos — это слияние слов «терапия» и «диагноз»

Kompaniyanın adı Theranos – “terapiya” və “diaqnoz” sözlərinin birləşməsindən götürülüb.

Elizabet Holms 

Şəxsi kapital: 4,5 milyard dollar

Ən gənc self-made (özü qazanmış) milyarder xanım. Elizabet, qan analizatorlarının istehsalı ilə məşğul olan Theranos şirkətinin əsasını 19 yaşında olarkən qoyub. Öz biznesinə gənc qız, valideynlərinin onun Stenfordda təhsil alması üçün yığdığı pulları yatıırb. Bu fakta və qara vodolazkalara sevgisinə görə, Elizabeti “Ətəkli Cobs” adlandırırlar.

Holms – qanın laborator analizinə dair bir çox araşdırmaların patentlərinin müəllifidir. O dəfələrlə etiraf edib ki, iynələrdən qorxur, ona görə də onun ixtiraları ağrısız şəkildə barmaqdan bir neçə damcı qan götürməyə imkan verir. Sonra isə bu damlalardan küllü miqdarda tibbi faydası olan informasiya əldə etmək mümkündür

Analiz prosesi maksimum dərəcədə avtomatlaşdırılıb, və bu da nəticələri çox sərrast deməyə imkan verir. Cəld, informasiya tutumlu və ağrısız – , belə görünür ki, biotexnologiya bazarında çevriliş yetişir. Holmsla birlikdə eyni səngərdə olanlar isə, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissencer də ola bilər, Kissencer də kompaniyanən idarə heyətinin üzvüdür. Son müddət ərzində Theranos həm də daşınar (portativ) diaqnostika qurğularının istehsalına da patent alıb. Onlardan biri insanın saç teli nazikliyində olan silikon mikroiynə vasitəsi ilə insanın sağlıq durumu ilə bağlı informasiyanı hesbalayır.

Официальный талисман eBay придумала тоже Маргарет

eBayın rəsmi həmayılını da Marqaret ixtira edib

Marqaret Uitmen

Şəxsi kapital: 2,1 milyard dollar

Sözün düzünə qalsa, bu biznes-ledi eBayın banisi deyil, amma məhz o, baş direktor postunda 10 illik zəhməti sayəsində kompaniyanı internet-ticarətinin əjdahasına çevirməyə müəssər olub.  1998-ci ildə Uitmen start-upda rəhbərliyə keçəndə, firmada 30 əməkdaş çalışırdı, şirkətin illik qazancı isə cəmi 5 milnyon dollar təşkil edirdi.

«Fəaliyyətsizliyin bədəli, səhvin bədəlindən daha ağırdır» – o iddia edir. Uitmen nə dediyini yaxşı bilir. Bir neçə səhv qərara baxmayaraq, (Skype-ın alınması, Yapon bazarına çıxışda çox ləngimək), o şirkətin illik qazancını 8 milyard dollara çatdırmağa müvəffəq oldu və yeni nailiyyətlərin axtarışına yollandı. O, əvvəlcə öz gücünü siyasətdə yoxladı, amma uğurlu olmadı, indi isə Hewlett-Packard şirkətinə kifayət qədər uğurlu şəkildə rəhbərlik edir.

Сара точно знает, как не сбиться с пути к первому миллиарду

Sara, sizi ilk milyard dollara götürən yolda necə səhv etməməyi dəqiq bilir

Sara Bleykli

Şəxsi kapital: 1,1 milyard dollar

Necə düşünürsünüz, bədənin kələ-kötür hissələrini korrektə edən alt paltarlarının satışı ilə məşğul olan startupa 5 min dollar investisiya etməklə nə qədər qazanmaq olar? 2000-ci ildə Spanx brendini işə salan Sara Bleykli 1 milyard qazanmağa müvəffəq olub.  Hər şey ondan başladı ki, gənc xanım ciddi qəzəbləndi: onun aldığı dartıcı kalqotkalar çox narahat, həm də eybəcər idi.  Əgər həm rahat, həm də gözəl olanı almaq mümkün deyilsə, deməli onu yaratmaq lazımdı və bunu özün etməlisən.

Əgər Saraya telefonda imtina edirdilərsə, o durub ofisə gəlirdi. Əgər vəkil patent üçün lazımı sənədlərə 3 min dollar istəyirdisə, Sara sənədləri özü hazırlamaq qərarına gəlirdi. Əgər ticarət şəbəkəsinin alıcısı, Spanx məhsullarını öz dükanında satmağa şübhə ilə yanaşsa, Sara sadəcə onu tualetə dartıb aparardı ki, həmin paltarların əyində necə dayandığını göstərsin Sara «qapıdan qovurlarsa, pəncərədən gir» prinsipinin həqiqətən işə yaramasının əyani sübutudur.

«Женщины обычно более подготовлены, но менее громкие»

«Qadınlar adətən daha hazırlıqlı, amma daha az səs-küylüdürlər»

Debora Farinqton

Kompaniyanın bazar kapitallaşması: 1,86 milyard dollar

StarVes vençur kompaniyasının həmtəsisçisi  vençur investisiyaların – yalnız kişilərin maraq dairəsində olması haqqında formalaşmış ənənəvi düşüncələri dağıtmaqla məşğuldur. Debora Farinqton ilk dəfə Nyu=York fond birjasına 10 yaşında ikən gəlib və o vaxtdan birjaya həmişəlik aşiq olub. Bir neçə il əvvəl Forbes onu “Midas çariçası” adlandırıb, jurnal demək istəyir ki, Debora nəyə toxunursa, o qızıla çevrilir. Məsələn, 2000-ci ildə o, Netsuite şirkətinə investisiya edərək, idarə heyətində yer alıb. Həmin vaxt şirkətin illik gəlirləri 100 min dollar təşkil edirdi. 7 il sonra, kompaniya fond birjasına çıxanda, şərikli payçılar (investorlar) 100 milyondan çox mənfəəti bölüşdürdülər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...