Əsas səhifə Biznes Biznes məqalələri Mağazanın mal dövriyyəsini necə artırmaq olar?

Mağazanın mal dövriyyəsini necə artırmaq olar?

326

Mal dövriyyəsi dedikdə, müəyyən bir dövr ərzində pul vahidi ilə ifadə olunmuş ümumi satışların həcmi nəzərdə tutulur. Son dövrlərdə əmtəə dövriyyəsi sahibkarların əsas problemlərinin birinə çevrilib. Məsələ ondadır ki, eyni sahə üzrə fəaliyyət göstərən mağazalardakı əmtəə çeşidi bir-birinə çox oxşayır. Əlbəttə ki, hər bir mağaza sahibi mal dövriyyəsinin daha yüksək olmasının istəyər. Buna nail olmağın yollarını nəzərdən keçirək.

Mal dövriyyəsinə təsir göstərən faktorlar

Mal dövriyyəsinə təsir edən faktorlar bunlardır:

  1. Qanunvericilikdəki dəyişikliklər, dövlət orqanlarının fəaliyyəti, ölkədə iqtisadi vəziyyətin dəyişməsi. Başqa sözlə desək, heç də hər bir şey sahibkardan asılı deyil. Bu kimi faktorlara təsir göstərə bilməsəniz də, onlara uyğunlaşa bilərsiniz.
  2. Mağazanın yerləşməsi. Mağaza sahibkarları adətən yerdəyişmə etməsələr də, nəzərə alın ki bu da mal dövriyyəsinə təsir göstərən amillərdən biridir.
  3. Malların çeşidi. Qeyd edildiyi kimi, ayrı-ayrı mağazaların mal çeşidi eyni olur. Bu səbəbdən çeşidin artırılması hesabına mal dövriyyəsini artırmaq demək olar ki, mümkün deyil.
  4. Qiymət siyasəti. Aşağı qiymətlə bəlkə də yeni müştəriləri cəlb edə bilər, lakin unutmayın ki, bu sizə o qədər də çox gəlir gətirməyəcək.
  5. Aksiyalar və xüsusi təkliflər. Onlardan da demək olar ki, bütün mağazalar istifadə edirlər. Ona görə də onlar vasitəsilə mal dövriyyəsinə çox da təsir göstərmək mümkün olmayacaq.

Deməli, sadalanmış faktorlara təsir göstərsəniz belə mal dövriyyəsini əhəmiyyətli dərəcədə artıra bilməyəcəksiniz. Daha yaxşı nəticələr əldə etmək istəyirsinizsə, müştərilərə emosional baxımından təsir göstərin.

İstehlakçıya emosional təsir

Bu təsir istehlakçıda alış-veriş emtək üçün şüursuz və qeyri-rasional motivlərin oyatmağa yönəlib. Şüursuz motivlərin bir neçəsini nəzərdən keçirək:

  • xarici görünüş və ticarət avadanlığının növü
  • ticarət avadanlığının rahat yerləşməsi
  • malların rəflərdə düzülüşü
  • naviqasiya cədvəlləri
  • mağazada reklam elanları
  • mağazada təmizliyə riayət olunması

Merçendayzinq haqqında

Merçendayzinq –satış sahəsində aparılan və malın təşviqinə yönəldilmiş tədbirlərdir. Burada əsas məqsəd istehlakçıda alış-veriş etmək istəyini oyatmaqdır. Eyni zamanda, merçendayzinq malın müəyyən qaydalar üzrə rəflərə düzülüşünü də nəzərdə tutur.

İlk baxışdan düşünə bilərsiniz ki, merçendayzinq sizə nə xeyir verə bilər ki? Əgər bu həqiqətən də elədirsə, niyə iri pərakəndə şəbəkələri ondan istifadə edirlər?

Nəzərə almalısınız ki, alıcıların əksəriyyəti mağazadan dəqiq olaraq nə alacağını bilmirlər. Çox vaxt vitrinləri uzun müddət ərzində nəzərdən keçiririk və sonda nə isə alırıq.

Məsələn, bir alıcı mağazaya köynək almaq üçün gəlir, lakin dəqiq olaraq necə bir köynək istədiyini bilmir. İstədiyi köynəyi tapandan sonra, ona uyğun gələn yubka görür. Beləliklə, nəticədə həm yubkanı, həm köynəyi almış olur.

Ərzaq mağazalarında da eyni şey baş verir. Hər şey ərzaqların düzülüşündən asılıdır.

Faydalı məsləhətlər

Malları kassaya yaxın olan yerlərdə düzün, bu halda istehlakçının nə isə alması ehtimalı yüksəlir. Əgər söhbət geyim və ya aksessuarlar mağazasından gedirsə, malı şüşəli vitrinin altında düzməyiniz tövsiyə olunur.  

İnsanın gözləri ilə eyni səviyyədə düzülmüş mal, daha tez satılır. Ona görə də populyar məhsulları aşağı rəflərdə düzməyiniz məsləhətli deyil. Yaxşı olar ki, onları görünən yerlərə qoyasınız.

Unutmayın ki, gülərüz işçilər və xoş atmosfer – mal dövriyyəsinin artırılması məsələsində sizin ən yaxın dostlarınızdır.



Rəy bildir

Please enter your comment!
Please enter your name here