Bloomberg: “Amazon”, sahibkarın hisslərini səsindən oxuyan cihaz üzərində işləyir

Date:

Paylaş:

Satışda olub-olmayacağı hələ ki bilinmir.

“Amazon”, sahibkarın emosiyasını səsinə görə təyin edə bilən “ağıllı” daşıyıcı cihaz üzərində işləyir. Bu barədə, şirkətin sənədlərindəki məlumatlara istinadən Bloomberg xəbər verir.

Layihə Dylan adını alıb, agentliyin mənbəsi bildirib.Onun üzərində “Amazon” Fire planşetini və ağıllı “Amazon” Echo kolonkasını işləyib hazırlayan Lab126 qrupu və Alexa səs köməkçisi təchizatçıları komandası işləyir.

Sənəd məlumatlarına görə, cihaz  mobil tətbiqlə əlaqəli işləyir. O, mikrofonlarla və danışanın səsinə əsasən onun emosional vəziyyətini təyin edə bilən xüsusi proqram təminatı ilə təchiz olunub. Bunu proqramla tanış olmuş Bloomberg təsdiqləyib.

Hələ ki, işlərin nə qədər davam edəcəyi və satışın olub-olmayacağı bilinmir. Nəşrin açıqlamasına görə, hal-hazırda beta-test həyata keçirilir, lakin hələ dəqiq bilinmir ki, məhz nədən söhbət gedir: ancaq cihaz, proqram təminatı yoxsa hazır prototipdənmi.”Amazon”da rəy verməkdən imtina ediblər.

2018-ci ildə “Amazon” “Alex”-in yeni versiyasını patenləşdirib. Bu köməkçi insanın səsini analiz edir və istifadəçinin özünü necə hiss etdiyini müəyyən edir. Sistem insanın emosional və fiziki vəziyyətini, məsələn, xəstələndiyini də təyin edə bilir.

İkinci tətbiqdə, cihazın sahibinin səsini digər səslərdən ayıran texnologiya təsvir edilib.”Amazon”un Bloomberg tərəfindən baxılan sənədlərində deyilir ki, bu texnologiya yeni cihazda istifadə ediləcək.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...