L’Oréal imperiyasının varisi dünyanın ən varlı qadınına necə çevrilib

Date:

Paylaş:

Francoise Betancourt-Myers-in sərvəti 7,1 milyard dollar artmışdır ki, bu da L’Oréal imperiyasının ötən il əldə etdiyi inanılmaz müvəffəqiyyətlə bağlı olmuşdur.

L’Oréal kosmetika imperiyasının varisi və şirkətin direktorlar şurasının sədri olan Francoise Betancourt-Myers, dünyanın ən zəngin qadınlarından biri oldu. Onun sərvəti 49,3 milyard dollar təşkil edir, qadın ümumi reytinqdə 15-ci sıranı tutur. Şirkət təsisçisi olan Eugène Schueller-in nəvəsi (saç boyasının ixtiraçısı) və direktorlar şurasının üzvü, dünyanın ən zəngin insanları siyahısına ilk dəfə olaraq 1997-ci ildə daxil olmuşdur – anası Liliane Bettencourt-un 2017-ci ildə vəfatından sonra. 1998-ci ildən başlayaraq və həyatının son gününə qədər Liliane Bettencourt dünyanın milyarderləri siyahısına daxil olmuşdur.

Ötən il ilə müqayisədə Francoise Betancourt-Myers-in sərvəti 17% artaraq 7,1 milyard dollara çatmışdır. Bu, L’Oréal konsernin ötən ildə əldə etdiyi inanılmaz müvəffəqiyyətlə bağlı olmuşdur. Francoise Betancourt-Myers və onun yaxın qohumları şirkətin səhmlərinin 33%-nə sahibdirlər. Müxtəlif qiymətləndirmələrə görə, onun sərvətinin 90%-i L’Oréal -in səhmlərinə bağlıdır. Ötən ildə şirkətin ümumi gəliri 30,6 milyard dollar təşkil edib. Asiya-Sakit Okean regionunda gəlirin həcmi 20% artmışdır, bu, Çində yüksələn tələbat ilə əlaqədar olub.

Hazırda Betancourt-Myers Parisdə yaşayır. O, Bettencourt Schueller Foundation xeyriyyə fonduna rəhbərlik edir. Bu fond elm və sənət sahəsində, eləcə də biomedikal elmlər, sosial inkişaf və ənənəvi sənətkarlıq sahəsindəki layihələrə dəstək verir. Fond neyronların öyrənilməsi və autizm xəstəliyinə düçar olmuş  uşaqları olan ailələrə, eləcə də Fransız xorlarına dəstək verən layihələrin inkişafı üçün vəsait bağışlayır. Bundan əlavə, Francoise Betancourt-Myers kitablar yazır. Onun əsərləri sırasına yunan tanrılarının genealogiyası və Bibliya kitabının izahı daxildir.

Francoise Betancourt-Myers-in adı çoxdan bütün dünyada tanınıb. Son on il ərzində dünyanın ən zəngin qadını ya Betancourt ailənin nümayəndəsi, ya da Walmart korporasiyasının varislərindən biri olurdu. Əslində, Betancourt-Myers-in sərvəti, Alice Walton sərvətini aşıb. Xatırladaq ki, Forbes jurnalının 2018-ci ilki reytinqdə Alice Walton dünyanın ən varlı qadınları siyahısında birinci sırada olmuşdur.

Francoise Betancourt-Myers-in anası və L’Oréal kosmetika imperiyasının təsisçisi olan Eugène Schueller-in qızı Lillian Betancourt, həyatının çox hissəsini L’Oréal şirkətində çalışaraq keçirib. Həyatının son illərində, o, demensiyadan əziyyət çəkirdi. 30 il müddətində Lillian Betancourt və Walmart varisləri, dünyanın ən zəngi insanları reytinqində ilk sıraları tutmuşlar. 2001-ci ildən sonra birinci sıranı gah Alice Walmart, gah da  Helen Walton tutub. 2006-cı ildə Lillian Bettencourt yenidən dünyada ən zəngin qadınların sıralamasına rəhbərlik etmişdir.

2010-cu ildə Walmart səhmlərin qiymətinin artması sayəsində, şirkətin qurucusu olan Sam Walton-un qaynı Christie Walton, dünyada ən zəngin qadın oldu. O vaxt Forbes, Christy Walton-a 2005-ci ildə təyyarə qəzası nəticəsində dünyasını dəyişmiş həyat yoldaşından qalan sərvətin həcmindən çıxış etmişdir. Christie Walton önümüzdəki dörd il üçün dünyada ən zəngin qadın adını tutdu, lakin 2015-ci ildə üzə çıxmış  bir sıra gizli sənədlər, onun həyat yoldaşının sərvətinin yalnız 1/6 hissəsinə sahib olduğunu ortaya çıxardı.

Forbes-un verdiyi məlumata görə, o, dünyanın ən zəngin insanların illik siyahısını hazırlayarkən, 8 fevral 2019-cu il tarixindəki səhm qiymətləri və valyuta məzənnələri üzrə əldə edilmiş məlumatlardan istifadə edib. 2019-cu il üzrə dünyanın ən zəngin insanların reytinqi dərc edilənə kimi, bir neçə milyarderin sərvəti arta və ya azala bilər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...