“FedEx”in küçələrdə maneə tanımayan yeni çatdırılma robotu – Video

Date:

Paylaş:

Karqo şirkətləri və qapıya çatdırılma xidməti verən şirkətlər texnologiya baxımından böyük bir çevrilişin mərhələsindədir. Avtonom pizza kuryeri, avtonom vasitələrdən çıxan robot, itlərlər çatdırılma konsepti, qapıya qədər gələn avtonom market kimi yeniliklərlə xidmət sektorunda dəyişikliklərin şahidi oluruq. Yəqin ki, yeni nəsillər insan əli ilə karqo və pizza çatdırılmasının nə olduğunu bilməyəcəklər. “FedEx” də “SameDay Bot” adlı çatdırılma robotu ilə bu dəyişikliyə gedən yolda sürətlə inkişaf etdiyini göstərir.

“SameDay Bot” çalaların üzərindən rahatlıqla keçə bilir, küçələrdə nəzakətlə hərəkət edir

“FedEx”in çatdırılma robotları, Lidar sensorları və kameraları vasitəsi ilə yoldakı maneələrə ilişmədən hərəkət edir. Videoya baxdığınız zaman çuxurları və su topalarını aşdığını, yoxuşları böyük bir sürətlə qalxdığını, nərdivanları rahatlıqla çıxdığını görə bilərsiniz. “SameDay Bot” böyük bir nəzakətlə piyadalara, ev heyvanlarına, küçədə topun arxasıyca qaçan uşaqlara yol verir. Nəqliyyat qaydalarına əməl edir və yolun boş olduğu vaxtlarda son sürət hədəfinə qaçır. Küçədəki heç bir gözlənilməyən vəziyyət onun üçün maneə yaratmır, bağlamanı uğurla sahibinə çatdırır. Robot bu bacarıqlarını “Segway”in və nədivanla yuxarı qalxa bilinən şəxsi çatdırılma vasitəsi “iBot Personal Mobility Device” ixtiraçısı Dean Kamen ilə edilən əməkdaşlığa borcludur.

“FedEx”, “SameDay Bo”t üçün nəhəng pərakəndə və restoran şəbəkələri ilə razılığa gəlib

“FedEx” “SameDay Bot” ilə rəqiblərinə oyunda olduğunu, onlardan heç də geridə qalmadığını göstərib. O bununla kifayətlənməyərək ticarət baxımından çox böyük manevr də edib. AutoZone, Lowe’s, Pizza Hut, Target, Walgreens ve Walmart kimi nəhənglərlə əməkdaşlıq edəcəklərini açıqlayıb. “SameDay Bot” adından da təxmin edə biləcəyiniz kimi yeri miqyasda, eyni gündə sürətli çatdırılmanı nəzərdə tutur.

“FedEx”ə görə, yuxarıda sadaladığımız şirkətlərin müştərilərinin 60%-dən çoxu mağazaya 5 km-dən daha yaxın məsafədə yaşayır. Yerli robot çatdırılma xidməti bu nəhənglər üçün potensial olaraq münasib bir təklifdir.

Qeyd edək ki, “SameDay Bot” hələ prototip mərhələsindədir və həyata adaptasiya olmağı üçün hələ çox vaxtı var./facemark

https://www.youtube.com/watch?v=N0rt_HB7vd4

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...