Əsas səhifə Biznes Biznes məqalələri Liderliyə dair həyatımda aldığım ən gözəl məsləhət

Liderliyə dair həyatımda aldığım ən gözəl məsləhət

280

Sual: Bir peşəkar kimi müştərilərə hər zaman müxtəlif məsləhətlər verirsiniz. Bəs özünüzün həyatınızda aldığınız ən gözəl məsləhət nə olmuşdur?

Hər bir doktor kimi, mən də öz ağlıma, müdrikliyimə və insan təbiəti haqqında topladığım biliklərə güvənirdim. Bəzən özüm özümü təəccübləndirirdim.

Mənim müəllimim professor Fred Case olmuşdur. O, eyni zamanda, Los-Ancelesin  şəhər planlama komitəsinə rəhbərlik edib. Həmin dövrdə, Fred Case, mənim peşəkar həyatımda olan əsas insanlardan biri olmuşdur. O, şəhərin daha yaxşı olması üçün çox şey edib. Şəxsən mənim üçün də çox şey edib.

Adətən şən biri olan Fred Case, bir gün gözümə çox qəmgin göründü. O, mənə baxaraq dedi: “Marşal, sizə nə olub? Mənə deyirlər ki, siz, hər bir şeydən narazısınız və çox aqressivsiniz. Nə baş verir?”.

“Siz heç təsəvvür edə bilmərsiniz, şəhər idarəçiliyi heç effektiv deyil!” – cavab olaraq mən dedim və fikrimi əsaslandırmaq üçün bir neçə nümunə çəkdim. Mənə elə gəlirdi ki, məni kimsə dinləsəydi, şəhər daha yaxşı vəziyyətdə olardı.

“Möhtəşəm bir kəşf!” – gülümsəyərək Case qeyd etdi. – Marshall Goldsmith şəhər rəhbərliyinin səmərəsiz olduğunu aşkar etdi. Məndən incimə, dostum, amma bərbərimin uzun illərdir eyni şeyi söyləyir. Digər problemlər varmı?”

Mən isə öz nitqimi davam edirdim.

Doktor Case artıq açıqca gülürdü.

“İkinci inanılmaz bir kəşf! Siyasətçilər seçkilərdə onların rəqibinə üstünlük verən seçicilərə deyil, özlərini dəstəkləyənlərə daha çox diqqət göstərirlər. Bir daha məni bağışlayın, amma mənim bərbərim bunu mənə bir neçə il öncə demişdir. Mən düşünürəm ki, bu mövzu, dissertasiya müdafiəsi üçün uyğun deyil”.

O, mənə baxırdı və onun üzündə illərin təcrübəsindən irəli gələn bir müdriklik parladı. Doktor Case əlavə etdi: “Əlbəttə ki, sizin gözünüzdə mən gənc biri deyiləm. Amma buna baxmayaraq, mən, artıq uzun müddətdir ki yerli icra hakimiyyətində işləyirəm. Siz elə düşünürsünüz ki, mən bütün bunları görmürəm?”

Bundan sonra həyatda eşitdiyim ən dəyərli məsləhət səsləndi. “Marshall, – o mənə dedi, – siz bir problemə çevrilirsiniz. Siz nə mənə, nə də başqa kimsəyə kömək etmirsiniz, yalnız özünüzə zərər verirsiniz. Mən sizə seçmək üçün iki alternativ yol təqdim edəcəyəm.

Birinci variant: siz əsəbiləşməyə, digər insanları mühakimə etməyə və neqativ fikir bildirməyə davam edirsiniz. Bu yolu seçsəniz, vəzifədən uzaqlaşdırılacaqsınız və çox güman ki, həyatınızın son 4 ilini boşa xərcləmiş olacaqsınız. İkinci variant: zövq almağa başlayın. Bəli, həm sizə, həm də ətrafdakı insanlara mane olmadan dünyanı dəyişdirməyə çalışın.

Məndən sizə məsləhət: həyat o qədərdə uzun deyil. Zövq almağa indidən başlayın. Nə seçirsən, oğlum?”

Özümü saxlaya bilmədim və güldüm: “Doktor Case, məncə zövq almağın vaxtıdır”.

O cavab olaraq dedi: “Çox ağıllı bir gəncsən”.

Mənim peşəkar həyatımın böyük hissəsi, iri şirkətlərdə menecer vəzifəsində işləməklə keçib. Hər birimiz başa düşür ki, mükəmməlliklə ayaqlaşmaq mümkün deyil. Faktiki olaraq hər bir işçi bu və ya digər yerdə səmərəsizliyin elementlərini fərq edə bilər. Bəzən insanlar şirkətin xeyrinə deyil, öz karyerasına uyğun hərəkət edirlər. Bütün digər işçilər də bundan xəbərdar olurlar.

Əsl lider, barmağı ilə qüsurları göstərən insan deyil. Bunu hər bir kəs bacarır. Əsl lider, işləri yoluna qoymağı bacaran insandır.

Doktor Case mənə böyük bir dərs verdi. Onun köməyi ilə mən dissertasiyamı müdafiə edərək, məsləhətçi oldum.

İşdəki davranışınızı nəzərdə keçirin. İşinizə sevinc və həvəslə yanaşın. Mənim gəncliyimdə olduğum kimi davranan işçiləriniz varmı? Onlara necə cavab verirsiniz? Qəzəbli və ya kömək etməyə çalışırsınız?  Əgər indiyə kimi onlarla danışmağa çalışmamısınızsa, indi bunun vaxtıdır.

Müəllif haqqında. Marshall Goldsmith – liderlik sahəsində mühazirələr deyən insanlardan biridir. O, 30 kitabın müəllifidir.

Rəy bildir

Please enter your comment!
Please enter your name here