“ABŞ-da yaşamaq istəyənlərə bir tövsiyəm var”

Date:

Paylaş:

Həssas, düyğusal, çox mehriban xanımdır. Eyni zamanda çətinliklərdən qorxmayan, əzmkar, iradəli, cəfakeş anadır. Azərbaycandan Amerikayadək uzun yol gəlib.

Haqqında söhbət açdığım Nailə Əliyeva Bakıda anadan olub. 1982-ci ildə orta təhsilini başa vuraraq, Bakı Dövlət Universitetinə qəbul olunub. 1987-ci ildək oranın biologiya fakultəsində ali təhsilə yiyələnib. Bir müddət işləməyib, övladlarını böyüdüb. 1990-1995-ci illərdə Binəqədi rayonunda Tibbi Bərpa Xəstəxanasının laboratoriyasında tədqiqatçı vəzifəsində çalışıb. 1995-1997-ci illərdə 19 nömrəli orta məktəbdə kimya-bialogiya müəllimi işləyib. 1997-1998-ci ilərdə övladlarının tərbiyyəsi ilə məşğul olub, evdə repetitorluq edib. 1999-2000-ci illərdə Soros fondunun dəstəyi ilə açılmış Bakı Təhsil Məlumat Mərkəzində asissent olub. 2000-2002-ci illərdə ABŞ-ın İndiana Universitetində ekologiya üzrə magistr dərəcəsinə yiyələnib. 2002-ci ildə vətənə dönərək, 2006-cı illədək BP-də ətraf mühit üzrə məsləhətçi vəzifəsində çalışıb.

2006-cı ildən ABŞ-da yaşayır. 2015-ci ilə kimi BP-nin Çikaqo ətrafındakı şirkətində ekologiya və əməyin mühafizəsi üzrə mütəxəsis vəzifəsində çalışıb. 2015-2017-ci illərdə ekologiya və əməyin təşkili üzrə azad məsləhətçi kimi fəaliyyət göstərib. 2017-ci ildən İsveçin ABŞ-dakı “İKEA” mebel şirkətində davamlı inkişaf üzrə mütəxəsis vəzifəsində çalışır.

Deyir ki,- “Bu təhsil almaq arzusunda olanlara aid deyil, Amerikada yaşamaq istəyənlərə bir tövsiyyəm var. Əgər vətəndə dolanışığın varsa, ailəni pis-yaxşı dolandırırsansa qohum-əqrabadan ayrı düşüb qürbətdə yaşamağına dəyməz. Adam bura gələndən sonra başa düşür ki, arxada sevdiyin insanların məhəbbətini, sənə göstərilən qayğını, dostlarını qoyub gəlmisən”.

Səyahəti çox xoşlayır. Cənubi, Mərkəzi Amerikanı, Afrikanı, Avropa və Asiyanı çox gəzib-dolaşıb. Həftənin 5-6 gününü idmanla məşğul olur. Təbiət qoynunda saatlarla gəzməyə vaxt ayırır. Mütaliyə etməkdən zövq alır.

İki oğlu var. İkisi də ali təhsilli mühəndisdir.

Deyir ki,- “Xoşbəxtlik maddi imkanla ölçülmür. Əgər sənin üzündə təbəssüm varsa, gülə bilirsənsə demək xoşbəxtsən. Böyük oğlumu Niderlanda yola salanda ona söylədim ki, həyatın heç bir anını yenidən eyni ilə yaşaya bilməyəcəksən. Sənin dünyaya baxışın, fikirlərin, həyat tərzin, münasibətin, mövqeyin, hər şey dəyişəcək”.

İstəyir ki, Azərbaycan qızları tez ərə getməsinlər. Ən azı orta təhsil alsınlar, elmə maraqlı olsunlar, çalışıb ali təhsilə yiyələnsinlər. Savadlı qadın cəmiyyət üçün gərəkli övladlar, vətəndaşlar yetişdirə bilir.

2011-2012-ci illərdə Azərbaycana gedərək “Yaşıl içki” adı altında 10 dəfə ayrı-ayrı məkanlarda ekaloji söhbətlər təşkil edib. Həmin tədbirlərdə Ekologiya və Təbii Sərvətlər nazirliyinin, QHT nümayəndələrinin iştirakı ilə gəncləri bu mövzuda maarifləndirməyə çalışıb.

Pensilvaniya ştatının Filadelfiya şəhərində yaşayan bu azərbaycanlı xanıma uğurlar arzulayırıq.


Elman Eldaroğlu (ABŞ, Miçiqan)

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...