Əsas səhifə Biznes “LG Group” gələn il öz inkişafına 17 milyard dollar yatıracaq

“LG Group” gələn il öz inkişafına 17 milyard dollar yatıracaq

321

LG Group” korporasiyası gələn il aparıcı texnologiyaların tərtibatına və istehsal gücünün genişləndirilməsinə 17,4 milyard dollar investisiya qoymaq niyyətindədir.

Yuxarıda qeyd edilən məbləğ cari ildə yatırılan vəsaitin həcmindən 8 faiz çox olacaq.

Bu investisiyalar sürücüsüz avtomobillər, OLED displeyləri və biotexnologiya kimi seqmentlərin ətrafında cəmləşəcək. Növbəti il ərzində “LG Group” 10 min nəfərə yaxın mühəndis və digər mütəxəssisləri işə götürmək niyyətindədir. Bu mütəxəssislər elmi təhlil və təcrübə-konstruktor işlərini gücləndirəcək.

Qeyd edək ki, “LG Group” müxtəlif istiqamətlərdə fəaliyyət göstərən onlarla şirkətin daxil olduğu iri şirkətlər qrupudur. Onların arasında ən tanınmışları “LG Electronics”, “LG Chem”, “LG Display” və “LG Innotek” şirkətləridir.