Cənubi Koreyanın LG şirkəti ev şəraitində meyvə-tərəvəzlərin becərilməsinə xidmət edən istixana-qarderob hazırlayıb. Yenilik 2020-ci ilin yanvarında Las-Veqasda keçiriləcək CES sərgisində nümayiş olunacaq.
Sistem işıq, temperatur və suvarmaya nəzarət edir. İstfadəçi göstəriciləri və bitkinin inkişafını tətbiqin köməyi ilə nəzarətdə saxlaya biləcək. Həmçinin məsləhətlər də ala biləcək.
LG toxumlar da təklif edir – bir dolab üçün maksimum 24 bağlama lazım gəlir. Toxumdan əlavə bağlamada gübrə və torf da var. Şirkət əvvəlcə 20 növ göyərti təklif edəcək – reyhan, zəncirotu və s. İstixana-qarderobun və toxumun qiyməti açıqlanmır.