Amerikanın kumiri Ray Kroc-un McDonald qardaşları ilə biznes oyunu

Date:

Paylaş:

McDonalds-ın burgerlərindən dadmayan yoxdur yəqin ki. Bəs McDonalds-ın burgerlərdən deyil, məkanların icarəyə verilməsindən pul qazandığını bilirdiniz? McDonalds-ı reklam edən Ray Kroc-un o zaman 53 yaşı vardı və çox xəstə idi. McDonalds isə Ray Kroc-u milyonçu edir. Bəs bu necə olur?

Ray 1902-ci ildə mühacir ailəsində anadan olub. Dərs oxumaqla arası yox idi. Uşaq vaxtı ya qohumlarından ya da dostlarından pul götürürdü.

Hərbi xidməti

Birinci dünya müharibəsi başlayır və Ray hərbi xidmətə yollanır. Orada sürücü olur. Yeri gəlmişkən, hərbi xidmətdə olarkən Volt Disneylə tanış olur. Xidmətdən qayıtdıqdan sonra isə valideylərinin istəyi ilə təhsil almağa başlayır, amma tezliklə ticarətlə məşğul olmaq üçün onu yarımçıq qoyur. Beləcə, kofe və xırdavat satmağa başlayır və ilk pullarını qazanır.

Yetkinlik çağları

1922-ci ildə ilk yoldaşı Ethel Fleminglə ailə həyatı qurur və iki ildən sonra onlarn  Merilin adlı qızları dünyaya gəlir. Ray kağız stəkanlar satmağa başlayır, sonra bu işi kənara qoyub rielter (əmlakçı) kimi işləməyə gedir. Uğursuzluqdan sonra qayıdır və yenidən kağız stəkanlar satmağa davam edir.

Sonralar Kroc yeni məhsul ixtira edir: bir dəfəyə 5 kokteyl hazırlayan mikser. Bununla da o, bu maşın-cihazının satışı üzrə şirkət təsis edir.

Hər şey yaxşı gedirdi, İkinci Dünya Müharibəsi başlamasaydı. Hər kəs vətəni müdafiəyə yollandığı üçün onun şirkəti iflasın bir addımlığında olur. Amma müharibədən sonra şirkətinin satışları yenidən artır: ildə 9000 min ədəd satış. Amma sonra onun rəqibləri mikserin daha mükəmməlini yaradırlar və bu iş də əldən gedir.

McDonalds-la tanışlıq

Mikser satışı ilə bağlı ofisə zəng gəlir. Kimsə ondan çoxlu sifariş edib. Çox qəribədir. Belə bir kollektivdə kimə bu qədər lazım ola bilərdi axı? O maşınına oturur və görüşə yollanır.

Gəlib çatanda görür ki, bura onun təsəvvür etdiyi kimi bir yer deyil: orada demək olar ki, heçnə yoxdur və çoxlu müştəriyə 15 dəqiqə ərzində xidmət göstərilir. Burgerləri isə ayaqüstə dayanıb yemək də olur. Amma McDonald Qardaşları onu nəzakətlə qarşılayıb yeni mətbəxlərini göstərəndə o dəhşətə gəlir. Bütün gecəni yata bilmir və növbəti gün  onlara franşiza açmağı təklif edir. Qardaşlar  təcrübələri olmadığından təklifi qəbul etmirlər. Amma Kroc təkid edir. Onlar sənəd imzalayırlar və o, franşiza şirkəti açmaq üçün kredit götürməyə görə öz evini ipotekaya verir.

İlk uğuru

İlk il Kroc 18 franşiza satır. Lisenziyalardan birini çikaqolu jurnalist Sendi Eqet əldə edir. O, 1955-ci ildə lisenziya alışına 950 dollar, tikintiyə isə 25 000 dollar yatırır. Kafe anidən uğur qazanır, gündəlik gəliri 100 dollar təşkil edir. Onun qazancı Kroc-un öz mənfəətini üstələyir. Eqet isə varlanır və dəbdəbəli malikanə alır.

Belə piar-kompaniyadan sonra insanlar zəngin olmaq ümidi ilə növbəyə düzülürlər. Kroc haqqında hər kəs onun ABŞ-ı milyonçularla məskunlaşdırdığını danışmağa başladı.

Təmizlik şeytanı

Kroc əsl “təmizlik şeytanı” idi: pəncərələri hər gün, soyuducunu bir gündən bir təmizləmək lazım idi, işçilərə isə səliqəsiz dırnaq və saqqalda olmaq qadağan edilmişdi. Hər bir əməkdaşın öz təmizlik əsgisi olmalı idi.

Özü də çox erkən oyanıb restorana gəlir və təmizlikçi ilə birlikdə oranı açılışa hazırlayır.

Həyat yoldaşları

1961-ci ildə, 39 illik evlilikdən sonra Kroc Ethel Flemingdən boşanır. Ona illik 30 000 dollarlıq gəlir saxlayır.

1963-cü ildə ikinci dəfə ailə qurur və 1968-ci ildə yenə boşanır.

1969-cu ildə isə Joan Smith adlı xanımla evlənir. O, 1957-ci ildə tanış olduğu tərəfdaşlarından birinin həyat yoldaşı idi. Ray-la 4 illik eşq macərasından sonra Joan öz həyat yoldaşına geri qayıdır. Amma 5 ildən sonra tərəfdaşların növbəti görüşündə keçmiş aşiqlər arasında yenidən sevgi hissləri oyanır və onlar ailə qururlar.

Biznesi ələ keçirmək

Zamanla Kroc-la McDonald Qardaşları arasında münaqişələr yaranmağa başlayır. Ray yeniliklərə can atırdı, amma qardaşlar isə buna hazır deyildilər. Onlar restoranın olan şöhrətini saxlamaq fikrində idilər və buna görə də Ray-la baxışları üst-üstə düşmür.

1961-ci ildə münaqişə daha da alovlanır və Kroc, qardaşları öz brendlərini ona satmağa məcbur edə bilir. Qardaşlar 2,7 mln. dollar tələb edirlər. Amma Kroc-un bu qədər pulu olmur. Ona mühasibi və maliyyəçi kömək edirlər. Biri, sənədlərdə şirkətin burgerlərlə deyil daşınmaz əmlakla məşğul olduğunu göstərdi – bu, şirkətin kredit qabiliyyətliliyini qiymətlədirmək üçün olan gəlirini 4 dəfə artırdı. Digəri isə səhmdarlar tapdı. Alt icarə gəlirləri sistemi hazırlandı. Şirkət sabit qiymətə daşınmaz əmlak (torpaq sahələri və restoran binaları) aldı və ya icarəyə götürdü. Sonra isə onu franşizaya alt icarəyə verdi. Qardaşlarla əməliyyat baş tutdu. Ona ilk restoranını verirlər.

1983-cü ildə McDonalds-ın satışları ildə 9 mlrd. dollara çatır. Kroc isə 82 yaşında ürək tutmasından dünyasını dəyişir. 1984-cü ildə onun şəxsi sərvəti 500 mln. dollar dəyərləndirilmişdi.

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...