Leyla Məmmədova yeni kreativ agentlik təsis etdi

0
2587

“Azər Türk Bank”ın keçmiş dizayner, kopirayter ilə yanaşı bu sahə üzrə fəaliyyət göstərən digər yaradıcı insanlarla birgə kreativ agentlik təsis etmişik”.

Bu sözləri “Azər Türk Bank” ASC-nin sabiq Strateji Planlaşdırma və Marketinq Departamentinin direktoru, marketinq mütəxəssisi Leyla Məmmədova deyib.

L.Məmmədova qeyd edib ki, biz müxtəlif sektorların qurumları üzrə artıq bəzi müştərilər ilə işləməyə başlamışıq: “Sadəcə müştərilərimizin biznes hədəflərinə daha effektiv çatmaları üçün kreativ həlllər təqdim etməklə fərqlənməyə çalışacağıq”.

“Floor6” adlı yeni açılan kreativ agentlik bazarda digər oxşar şirkətlərə rəqib olacaqmı? sualına isə marketinq mütəxəssisi bildirib ki, rəqib dedikdə, hər kəsə hörmət bəsləyirik: “Azərbaycanda çoxlu yaxşı şirkətlər var. O yaxşı şirkətlərdən biri də biz olmağa çalışacağıq”, – deyə agentliyin təsisçisi sözlərinə əlavə edib.

Qeyd edək ki, martın 6-dan etibarən kreativ agentliyin sosial şəbəkələrdə səhifələri və saytı (floor6.groupFacebookInstagramTwitterLinkedin)aktivləşdirilib.

Xatırladaq ki, fevralın 22-də “Azər Türk Bank” ASC-nin 3 əməkdaşı – “Azər Türk Bank” ASC-nin sabiq Strateji Planlaşdırma və Marketinq Departamentinin direktoru Leyla Məmmədova, Bankın strateji planlaşdırma üzrə aparıcı mütəxəssisi Aslan Həsənli və Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisiMahir Eyvazov işdən ayrılmışdı. Hazırda bu adı çəkilən komanda isə bazara bu il təqdim edilməsi nəzərdə tutulan startup layihəsi üzərində çalışırlar.

©Facemark.az