Lexus Şanxayda dəbdəbəli minivenini nümayiş etdirib

Date:

Paylaş:

Lexus şirkəti Şanxay avtosalonun xüsusi olaraq çin bazarı üçün hazırladığı LM minivenini təqdim edib. Yapon istehsalçısı dəbdəbəli minivenin digər Cənubi-Asiya ölkələrində də satılacağını bildirib. Bununla belə, Lexus minivenin digər qitələrdə satılmaq ehtimalı barədə heç bir məlumat verilməyib.

Yeni miniven əsalində üzü dəyişdirilmiş Toyota Alphard modelinin dəbdəbəli versiyasıdır. Lexus LM modeli “donorundan” iri firma radiator barmaqlığı, yeni nəsil ES və LS modellərinin üslubunda dizayna malik olan ğn fənərləri, xromla örtülmüş yeni təkər diskləri və dəyişdirilmiş arxa hissə ilə fərqlənir.

 

Minivenin salonu “limuzin” arxitekturasına malikdir – sürücü və sərnişin bölümləri 26-düymlük displey, saat, soyuducu və çətir üçün bölümü olan xüsusi arakəsmə irə ayrılıblar. Arxa sərnişinlər, avtomobilin əksər funksiyalarını idarə etmək imkanı verən sensorlu paneli olan disrsəkalrı ilə bölünmüş iki fərdi dəri kreslolarda əyləşirlər. Sonradan, minivenin “avtomobili həm işgüzar, həm də ailəvi səfərlər üçün istifadə edən iş adamlarına” ünvanlanmış yeddiyerli versiyası da təqdim ediləcəkdir.

Lexus LM modeli iki mühərriklə təklif ediləcəkdir. Lexus LM 350 modifikasiyası 300 at qüvvəsi hasil edən 3,5-litrlik V6 atmosfer mühərriki ilə təchiz ediləcəkdir. LM 300h modeli isə, tərkibinə 2,5-litrlik benzin mühərriki və elektromotor daxil olan hibrid güc qurğusuna malik olacaqdır. Hibrid qurğunun ümumi hasilatı 200 at qüvvəsi olacaqdır. Hər iki versiyanı öndən və ya tam çəkiş sistemi  ilə sifariş etmək olar.

https://youtu.be/Tli90d0ftUM

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...