IV “Barama İnkubasiya Proqramı” üzrə qalib layihələr müyyən olunub

Date:

Paylaş:

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin öz ideyalarını biznesə çevirmək və uğurlu karyera qurmaq  istəyən gənclər üçün elan etdiyi 4-cü İnkubasiya Proqramının seçimləri başa çatıb. Münsiflər heyətinin qarşısında öz layihələrini təqdim edən 13 startapdan yüksək bal toplayan 6-sı proqramda iştirak etmək haqqı qazanıb. Seçimlərdən uğurla keçən komandaların rəhbərləri Fuad Gülməmmədov, Tuncay Hüseynov, İsa Zeynal, Məhəmməd Kekalov,Tural Zəkəryazadə və əcnəbi rezident olan Javier Chau Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə ediblər.

Məlumat üçün bildirək ki, İnkubasiya Proqramına seçim prosesi 2 mərhələdən ibarət olub. Birinci mərhələdə qeydiyyatdan keçmiş layihələr mərkəz tərəfindən dəyərləndirilib və seçilmiş komandalar ikinci mərhələyə dəvət olunub. İkinci mərhələdə komandalar öz layihələrini biznes plan və təqdimat formasında nümayiş etdiriblər.

Onu da qeyd edək ki, 6 aylıq inkubasiya proqramının sonunda ən uğurlu startapın təklif etdiyi məhsul və ya xidmət korporativ müştəri olaraq Azercel-ə təqdim olunacaq.

İnkubasiya proqramında İnformasiya Texnologiyaları, Virtual oyunlar, Media, Səhiyyə Texnologiyaları (MedTech), Əşyaların İnterneti (IoT), Maliyyə Texnologiyaları (FinTech), Kənd təsərrüfatında innovativ həllər (AgTech), Virtual Reallıq (VR), Artırılmış Reallıq (AR), Süni Zəka (AI), Bulud Hesablamaları və Biznes Həlləri sahələrinə üstünlük verilib.

Azercell və PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkədə startap mühitinin və rəqəmsal ekosistemin inkişafını hədəfləyərək, rezident startapları 6 ay ərzində ödənişsiz ofis məkanı, konsultasiya xidmətləri, təlim proqramları ilə təmin edir, onlara peşəkar biznes şəbəkəsi ilə sıx işgüzar əlaqələr qurmaq imkanı yaradır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...