Əsas səhifə Xəbərlər Xarici xəbərlər Kriptovalyuta ilk dəfə koronavirus xəbərini verən mərhum həkimi əbədiləşdirib

Kriptovalyuta ilk dəfə koronavirus xəbərini verən mərhum həkimi əbədiləşdirib

32
Paylaş

Çindən olan həkim Li Venlian hələ ötən ilin 30 dekabrında koronavirus barədə öz həmkarlarına bildirmişdi. Polis isə onu yalan məlumatlar yaymaqda təqsirləndirib panika yaratmamağa səsləmişdi.

Bundan bir qədər sonra xəstəliyə tutlan həkim dünyasını dəyişir. Hadisə uzun müddət Çinin Weibo sosial şəbəkəsində güclü müzakirələrə səbəb olur.

CoinDesk xəbər verir ki, bu yaxınlarda naməlum şəxslər Ethereum kripltovalyutasında mərhum həkimə həsr olunmuş smart-konrtakt yaradıblar. Həmin smart-kontrakt kodunda Li Venlianın tərcümeyi-halı əks olunub. Bundan başqa məhz onun ilk olaraq naməlum epidemiya təbili çalması da qeyd edilərək adı beləcə əbədiləşdirilib.