“Kosmosa uçuş internet kimi asan və kütləvi olmalıdır”

1
840

Kosmosa uçuşlar internetdən istifadə etmək qədər kütləvi və asan olmalıdır.

İKT.lent.az-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, bunu dünyanın ən zəngin iş adamı, “Amazon” online ticarət platforması və “Blue Origin” şirkətinin rəhbəri Ceff Bezos deyib. O bildirib ki, bunun üçün “Amazon”un köməyi ilə qazandığı sərvəti əsirgəməməyə hazırdır.

C. Bezos öz zənginliyini lotereya udmaq kimi qiymətləndirib. O, kosmik raketlər işləyib hazırlayan “Blue Origin” şirkətinə 1 milyard dollar yatırmaq fikrində olduğunu vurğulayıb. Bu, başlanğıc olacaq.

Qeyd edək ki, C. Bezosun sərvəti 131 milyard dollar həcmində dəyərləndirilir. Bunların əksəriyyəti səhm şəklindədir.

1 COMMENT