“Kosmosa” biletin qiyməti 250 min dollar dəyərindədir

0
900

Britaniyalı sahibkar və milyarder Riçard Brensonun “Virgin Galactic”şirkəti  ilk kosmik turistlərə 900-ə yaxın bilet satıb.

lent.az-ın məlumatına görə, bu barədə Brenson özü Moskvada keçirilən “Synergy Global Forum 2017” biznes forumunda bildirib.

“Ümid edirəm ki, 2-3 aydan sonra “Virgin Galactic” kosmosa yola düşəcək və tamamilə yeni kosmik era başlayacaq. Beləliklə, burada olan bir çox insanlar kosmosa getmək imkanına nail ola biləcəklər”, – deyə o bildirib.

Hazırda “kosmosa” biletin qiyməti 250 min dollar dəyərindədir. Ancaq sahibkarın sözlərinə görə, zaman-zaman onun qiyməti düşə bilər.

Qeyd edək ki, artıq “Virgin Galactic” şirkəti “SpaceShipTwo” turist gəmisinin bir neçə sınağını keçirib. Həmçinin suborbital kosmik uçuş da planlaşdırılıb.