Startap uğursuzluğu

    0
    164

    Startap uğursuzluğu

    Fəaliyyət göstərən startapların daha çox uğursuzluqla üzləşdiyi sahələr barədə “CB Insights” Araşdırma Mərkəzi tərəfindən araşdırmalar aparılmışdır. Hesabat müəllifləri hesab edirlər ki, startaplar üçün ən çətin sahələr sosial, bazar (alış-veriş), reklamçılıq sahələridir.

    Ekspertlərin qənaətinə görə, bu sahələrdə startapların uğur qazana bilməməsinin əsas səbəblərdən biri də sözügedən bazarın doyması ilə əlaqədardır. Belə ki, bu vaxta qədər həmin sahələr üzrə çoxlu sayda uğurlu şirkətlər qurulub və hazırda dünyanın ən böyük şirkətlərinə çevriliblər. Belə olduğu təqdirdə mövcud şirkətlər yanında eyni tipli layihələrin uğur qazanması sual altına düşür.

    2015-ci ilin əvvəlində “CB Insights” Araşdırma Mərkəzi 100-dən çox startap arasında sorğu apararaq, nə üçün uğur əldə etməyərək iflasa uğraması səbəbini araşdırıb. Startap təsisçiləri tərəfindən verilən məlumatlar, startap həyatının reallıqlarını ortaya qoymaqla yanaşı, digər təşəbbüskarlar tərəfindən təhlil üçün məlumat mənbəyi kimi istifadə oluna bilər.