Serbiyada startaplar

    0
    116

    Serbiyada startaplar

    Serbiyada İT Sənayesində Dəstək Proqramı mövcuddur. Bu proqram çərçivəsində özəl investorla birgə başlanğıc maliyyə təşəbbüsü mövcuddur. (25.000-30.000 avro). Dövlət tərəfindən maliyyələşdirilən inkubatorlar, texnoparklar və vergi kreditləri mövcuddur.

     Texnoloji park, İnkubator və Klasterlər

    Yaxın illər ərzində üç yeni texnoloji parkın açılması nəzərdə tutulur- Budapeşt, Novi-Sad və Nis. Hökumət yeni İT şirkətlərin yaradılması və sürətli inkişafına dəstək məqsədi ilə texnoloji klasterlər və biznes inkubatorlar yaratmaq fikrindədir. Bu isə gənc isdedadların İT sahəsində təlim keçmələrinə kömək edəcəkdir.

     Vergi güzəştləri

    Serbiya şirkətləri araşdırma və inkişafı üçün vergi kreditlərindən istifadə edə biləcəklər. Ümumi investisiya dəyərinin vergi öhdəliyi 20% azalacaq (40% kiçik şirkətlər üçün), vergi dövrü üçün ümumi vergi öhdəliyi 33%-ə qədər olacaqdır. Üçüncü dövrdən başlayaraq İT şirkətlərinin tam ştat işçilərinin əmək haqqı xərclərində azalmalar olacaqdır. Azalmaların 80%-i böyük şirkətlərin (50- dən çox işçisi olanlar üçün) və 90%-i isə kiçik şirkətlərin işçiləri üçün tətbiq olunacaq (50-də az işçisi olanlar üçün).

     Hüquqi çərçivə

    Yeni qanunların qəbulu artıq reallaşmaq üzrədir. Bu qanunlarda e- hökumət, e-ödəniş və e-faktura əməliyyatlar üçün hüquqi əsaslar nəzərdə tutulur.

     İnvestisiya təşviqi

    Avropada ən aşağı korporativ vergi dərəcəsi 15% müəyyən olunmuşdur. Serbiya investorlar üçün maliyyə dəstəyi təklif edir. Beynəlxalq bazar xidmətləri göstərən İT şirkətləri tərəfindən üç il ərzində ən az 10 yeni iş yeri yaradılıb və 500.000 avro qədər investisiya yatırılmışdır.

    Yaradılmış yeni iş üçün 4.000 avro və 10.000 avro investisiya subsidiyaları təklif edilir. Böyük investisiya layihələri (50 milyon avro) üçün xüsusi maliyyə paketləri də mövcuddur. Maliyyə paketində hökumət tərəfindən ümumi investisiyaların dəyərinin 10-20% arasında mükafat verilir.

     Təşkilati dəstək

    Serbiya İxrac və İnvestisiyaların Təşviqi Agentliyi Serbiya şirkətlərinin xaricdə iş və Serbiyada biznes əlaqələrin qurulması istiqamətində peşəkar xidmətlər təklif edir. Serbiya İxrac və İnvestisiyaların Təşviqi Agentliyi ümumi investisiya mühiti barədə məlumatlar təqdim edilməsində və eləcə də ünvanlı hüquqi məsləhətlərin verilməsində köməklik göstərir.

     İxracın təşviqi

    Serbiya İxrac və İnvestisiyaların Təşviqi Agentliyi ixrac yönümlü şirkətlərdə daha yaxşı İT sənayesi formalaşdırmaq üçün dəstək proqramının müddətini uzadmaq fikrindədir.

    İT şirkətlər proqram təminatının lokallaşdırılması üçün ixrac subsidiyaları təklif edir və bu proqramın təminatı məhsulların sertifikatlaşdırılması ilə bağlı xərclər 50-75% arasınada dəyişir.