SEO nədir?

    0
    109

    SEO nədir?

    Bəlkə də Axtarış sistemlərində optimizasiyanın (SEO xidməti) rəqəmsal marketinq üçün həyati əhəmiyyət kəsb edən bir alət olduğu barədə çox eşitmisiniz. Bu sahəyə dair baza bilikləriniz olsa belə, mürəkkəb və çoxşaxəli sahəyə dair dərin bilikləriniz olmaya bilər.

    SEO müxtəlif elementlər toplusudur. Bu elementlərin nələrdən ibarət olduğunu və necə istifadə olunduğunu biləndən sonra SEO-nun nə üçün əhəmiyyətli olduğunu başa düşmək asanlaşır. Qısacası, SEO-nun əhəmiyyəti saytınızı daha görünən etməsidir. Saytın daha görünən, sözlərdə ilk sıralarda olması isə, daha çox trafik axını və müştərilər üçün daha geniş imkanlar deməkdir.

    Açar sözlər

    Açar sözlərin SEO xidmətinin ən vacib elementlərindən biridir . Məsələ burasındadır ki, səmərəli olması üçün açar sözləri çox diqqətlə araşdırıb, dəqiqliklə seçib məzmunda işlətmək lazımdır. Bəs açar sözlər nədir? Əslində bu çox sadədir. Axtarılan məhsul və xidmətlərlə əlaqəli və onların axtarışı zamanı axtarış sistemlərində yazılan söz və ifadəyə açar sözlər deyilir.

    Açar söz seçimi zamanı onun ən çox axtarılan sözlər sırasında olmasından və qısa olmasından əmin olmaq lazımdır.

    Kontent

    Kontent SEO-nun əvəzedilməz hissələrindən biridir.

    Deyək ki, sizin şəxsi uşaq bağçanız var və siz müştərilər tapmaq istəyirsiniz. Bunun üçün bağçanızdakı oyun meydançaları, uşaqların inkişafına hesablanmış oyunlar, proqramlar və sair barədə bloqlar yazırsınız. Uşaq bağçası axtaranlar da bu məlumata rast gəlir. Və beləliklə də kontentin çatdırdığı məlumat sayəsində xidmət ilə müştəri əlaqələnir. Kontent öyrədici, maraqlı, eyni zamanda məlumat baxımından zəngin olmalıdır.

    Seo xidməti məhz bunları daha effektiv etmək üçün lazımdır. Müxtəlif formada kontent nümunələri mövcuddur:

    • Veb səhifənin kontenti
    • Videolar
    • Bloqlar
    • İnfoqrafiklər
    • Sosial media postları
    • E-kitablar
    • Yerli naviqasiya saytları

    Off-Page SEO

    Off-Page SEO saytdan kənar baş verən xarici optimizasiya təcrübəsidir. Səhifədən kənar SEO həm də biznesinizin kənarda olan reputasiyasından ibarətdir. Əgər başqa saytlar sizin saytınıza çox mənbə göstərirsə, demək ki, biznesizə insanlar etibar edir. Google da elə məhz bu nəticəni çıxarır və saytın içindəki materiallara daha çox inanmağa başlayır.

    Lokal SEO

    Lokal SEO daha çox insanın axtarış üçün mobil cihazlardan istifadə etməsi ilə öz əhəmiyyətini atırmağa davam edir. Hazırda axtarışların 57 faizindən daha çoxu tablet və mobil qurğular üzərindən aparılır.

    Deyək ki, restoranınız var, insanlar təklif etdiyiniz yeməyi axtarır. Onlar sizi tapa bilir ya yox? Əsas olan budur.

    SEM

    SEM həm də Axtarış sistemlərinin marketinqi orqanik çıxa bilmədiyiniz açar sözlərdə pullu reklam ilə ilk səhifədə olmağa deyilir.

    SEO xidməti və müasir biznes üçün vacib maddələr

    Görünmə və sıra

    SEO-nun ən mühüm funksiyası görünürlüyü artırmasıdır. İnsanlar saytınızı təklif etdiyiniz xidmət və ya məhsulları axtararkən tapırlar. Bu isə yeni müştəri deməkdir.

    Web trafik

    Trafikin atrırılması SEO-nun əsas məqsədlərdən biridir. Klik çoxaldqca sayta trafik axını atrır və sıralamada yuxarı çıxmağa başlayır.

    Əgər axtarış sistemlərində önə çıxıb, saytlınıza trafik axınının artmasını istəyirsinizsə SEO xidməti ilə bu mümkün olacaq.

    Reputasiya

    Bir qədər yeni olan bu konsept nisbətən daha çox əhəmiyyət qazanmağa başlayıb. İnsanlar sizin saytınıza inanırmı, kontentinizin keyfiyyəti yaxşıdırmı, axtarışda tapıldıqda nəyisə həll edirmi? Daha çox reputasiya daha çox gələcək müştəri deməkdir.

    İstifadəçi təcrübəsi (UX)

    Saytınızın sürəti, mobil uyğunluğu bir sözlə istifadəçi üçün olan rahatlığı da əhəmiyyətlidir. Düşünün ki, saytınız var, bir neçə mb ölçüdə, istifadəsi narahat, mobil versiyası da yoxdur. Bütün bunlar böyük müştəri itkisinə səbəb olmadan problemi aradan qaldırın.