Polşada startaplar

    0
    224

    Polşada startaplar

    Polşada texnologiyalar sahəsində fəaliyyət göstərən sahibkarlar üçün Müəssisələrin İnkişafı üçün Polşa Agentliyi (Polish Agency for Enterprise Development) tərəfindən dəstək göstərilir. Ümumi büdcəsi 2007-2013-cü illərdə 7 milyard avro olmuşdur. Maliyyə vəsaiti Avropa Birliyi fondlarından gəlir və geniş təşəbbüslər üçün istifadə olunur. Sahibkarlar qrantlarla təmin olunmaları üçün 40-dan çox biznes inkubatorla təsis olunmuşdur.

    Polşada həmiçinin startap araşdırma mərkəzi də mövcuddur və əsasən yerli hökumət tərəfindən deyil Avropa İttifaqı genişlənmə proqramları tərəfindən maliyyələşdirilir. Onuda qeyd edək ki, Avropa Regional İnkişaf Fondu (European Regional Development Fund) tərəfindən 2008-2013-cü illər ərzində 5.938 layihəyə 786,5 milyon avro investisiya qoyulmuşdur. “Staypoland”, “ktotomowi.pl” və “Audioteka” kimi startaplar sözügedən fond tərəfindən maliyyələşdirilmişdir.

    Polşada güclü iqtisadiyyatın və resusların mövcudluğu startapların yaradılması üçün əlavə stimuldur. 2013-cü ildə aparılan araşdırmalara görə Polşa əhalisinin 70% öz şirkətlərinin qurmaqda olduqca maraqlıdır və ölkənin böyük hissəsi mühəndis istedadına malikdirlər. Polşalı mühəndislər Almaniya, ABŞ, Böyük Britaniya və Mərkəzi Asiya ölkələri üçün hədəfdirlər.

    Əmrah Qarayev