Qafqaz texno park

    0
    236

    Qafqaz texno park

    Texnoparkın missiyası:

    • –  Elmi tədqiqatlar tətbiq olunaraq yüksək texnoloji əhəmiyyətli

      məhsulların istehsalı;

    • –  Azərbaycanda iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun

      davamlı inkişafına dəstək vermək;

    • –  İş dünyası ilə Universitetin professor-müəllim və tələbə heyəti

      arasında əlaqələrin inkişaf etdirilməsi;

    • –  Dünyada sürətlə inkişaf edən yüksək texnoloji yeniliklərin

      mənimsənilməsi və istehsalında iştirak etmək.
      Texnoparkın hədəfləri:
      Universitetlərin təhsil, tədris və araşdırma fəaliyyətlərini dəstəkləyərək

      daha səmərəli nəticələr əldə etmək,
      Sənayenin rəqabət gücünü artırmaq,
      Yüksək texnologiyalara əsaslanan regional və iqtisadi inkişafı

      sürətlənməsinə dəstək vermək.
      Texnoparkların qurulmasının əsas məqsədi aşağıdakılardır
      Yüksək texnologiyalara əsalanaraq inkişaf etdirilən sənaye sahələrinin

      gücləndirilməsi,
      Yeni bölgələrdə sənayenin inkişafının dəstəklənməsi, İnnovativ fəaliyyətlərin həyata keçirilməsi,

    Təhsil və daha təsirli elmi-texniki nəticələrə malik fəaliyyət sahələri ilə səmərəliliyin artırılması,

    Beynəlxalq arenada rəqabət gücünün yüksəldilməsi.

    Universitet-sənaye əməkdaşlığında ciddi layihələri mövcud olan Qafqaz Universiteti texnopark fəaliyyətləri ilə də Azərbaycanın və regionun inkişafında öz töhfəsini verməyi hədəfləyir.

    Qafqaz Universiteti Texnoparkı formalaşdırılarkən ABŞ, İsveç, Türkiyə və Rusiyanın təcrübəsi öyrənilmişdir. Türkiyədə fəaliyyət göstərən ODTU (Orta Doğu Texniki Universiteti), İTU (İstanbul Texniki Universiteti) və YTU-nun (Yıldız Texniki Universiteti) Texnopark nümunələri əsas götürülərək Qafqaz Universiteti Texnoparkı təsis edilmişdir.

    2013-cü ilin Yanvar ayında Qafqaz Universiteti Elmi Şurasının qərarı ilə təsis edilən Qafqaz Universiteti texnoparkı “QUTechnopark” adlandırıldı.

    QUTechnopark hazırda formalaşdırmağa davam etdiyi ekosistemdə universitet-sənaye əməkdaşlığının səmərəliliyini artırmaqdadır. Bununla da, QUTechnoparkdı fəaliyyətlər istər kadr hazılığı işində, istərsə də sosial-iqtisadi inkişafa səbəb olan elmi tədqiqatların aparılmasında şirkətlərlə əməkdaşlığın daha da genişlənməsini və səmərəli nəticələrini təmin edir.

    Hazırda QUTechnopark Qafqaz Universitetində xüsusi ayrılmış 1000 m2- ə yaxın ərazisi olan, 20 ayrı ofisdən ibarətdir. QUTechnopark-da İnkubasiya Mərkəzi ilə yanaşı, 11 şirkətin fəaliyyəti üçün ofis yeri ayrılmışdır ki, onlardan 5-i uzun müddətdir ki, burada fəaliyyət göstərirlər. Hazırda yeni texnopark binasının tikilməsi üzərində iş aparılır.

    Əmrah Qarayev