Macarıstanda startaplar

    0
    102

    Macarıstanda startaplar

    Macarıstan vençur kapitala yatırılan investisiyalara görə Avropa ölkələri arasında ilk beşlikdə qərarlaşıb. Macarıstanda startaplar Litva və digər Avropa İttifaqı ölkələrində olduğu kimi “JEREMIE” (Joint European Resources for Micro to Medium Enterprises) proqramından faydalanırlar. “JEREMIE” proqramında 8 müəssisənin birgə kapital vəsaiti vardır və 2010-cu ilin ikinci rübündən investisiya yatırılmağa başlanılmışdır. Startaplar və yerli kiçik və orta müəssisələrə 128 milyon avro investisiya yatırılmışdır.

    Proqramın ikinci hissəsində ölkədəki sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün daha 14 milyon avro həcmində investisiyanın yatarılması nəzərdə tutulur. Yerli hökumət tərəfindən “Runway Start-up Budapest Creda 2.020” adlı iqtisadi konsepsiya formalaşdırılmışdır. Bu konsepsiyada startaplar birbaşa və dolayı yolla müxtəlif dəstək tədbirlərindən yararlanırlar.

    On illiyin sonuna qədər Budapeşt Mərkəzi və Şərqi Avropanın startap paytaxtına çevrilməyi qarşıya məqsəd olaraq qoymuşdur.

    Əmrah Qarayev