Biznes inkubator proqramı
Biznes inkubator proqramı
Biznes inkubator proqramı startap sahibkarlar üçün yalnız maliyyənin axtarılması xarakterli deyil, o cümlədən, məsləhətlərin verilməsi baxımından əvəzolunmaz mənbədir. Ümumiyyətlə biznes inkubatorlar yeni yaranan biznes lahiyələr üçün hər cür təmin olunmuş ofislər, səmərəli fəaliyyət göstərmələri üçün birgə xidmətlər və ilkin mərhələdə olanların inkişafına maliyyə yardımı təklif edirlər.
Startaplar üçün həyata keçirilən dəstək tədbirləri, təlimlər, maliyyələşdirmə və aşağı şəbəkə xərcləri fəaliyyətə başlamaları üçün idealdır.
- İ.Jam Mikro Maliyyəşdirmə Proqramı. İnkubatorlar, startap ideaların unikallığı barədə məsləhətlər verir, ümumi startaplarda oxşar ideanın mövcudluğu, şəbəkələrin təklif olunması və əlavə maliyyənin əldə edilməsi üzrə təlimatlarla təmin edir. İnkubatorlar tərəfindən seçmə startap layihələrə 10%-25% sərmayə yatırılır. Bundan başqa seçmə startap layihələri üçün 50.000 SD həcmində qrantlar nəzərdə tutulur. İnkubatorlar yatırılan investisiyaya uyğun müvafiq səhm payına sahib olurlar. Startaplara qrantların kompensasiya şəklində ödənilməsi nəzərdə tutulur.
- İnkubator İnkişaf proqramı. Bu proqram SPRİNG Sinqapur tərəfindən idarə olunur. Startapları dəstəkləyən və köməklik göstərən o cümlədən, avadanlıqla təmin edən və bazar xidmətləri göstərən inkubatorlara 70 %-ə qədər qrant dəstəyi təklif edir. İnnovativ startaplar İnnovativ İnkişaf Proqramı tərəfindən təklif olunan proqramlardan istifadə edə bilərlər.
Əmrah Qarayev
Sign in
Welcome! Log into your account
Forgot your password? Get help
Password recovery
Recover your password
A password will be e-mailed to you.