Kiçik və orta sahibkarlıq sahəsində stimullaşdırıcı vergi islahatları üzrə əlavə tədbirlər görüləcək

1
850

2018-ci ildə azad rəqabət mühitinin inkişaf etdirilməsi, səmərəli vergi sisteminin təşviqi, kiçik və orta sahibkarlıq (KOS) sahəsində stimullaşdırıcı vergi islahatları üzrə əlavə tədbirlərin görülməsi nəzərdə tutulur.

Bizplus.az vergiler.az saytına istinadla bildirir ki, bu barədə nazirliyin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva məlumat verib.

S.Musayeva diqqətə çatdırıb ki, 2017-ci ildə Vergilər Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında nəzərdə tutulmuş “Yoxlamaların optimallaşdırılması və risk dərəcəsi əsasında aparılması”, həmçinin “KOS sahəsində stimullaşdırıcı vergi islahatlarının davam etdirilməsi” tədbirləri üzrə işçi qruplar yaradılıb və onların illik iş proqramı hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim olunub.

Departament rəhbəri əlavə edib ki, KOS subyektlərinin fəaliyyətində yoxlama və lisenziyalaşdırma mexanizmləri təkmilləşdirilib, yoxlamaların təşkili və aparılması məqsədilə sahibkarlar yüksək, orta və aşağı risk qruplarına bölünüb.

1 COMMENT

  1. 113847 595873 Youre so cool! I dont suppose Ive read anything like this before. So nice to find somebody with some original thoughts on this topic. realy thank you for starting this up. this website is something that is necessary on the internet, someone with slightly originality. useful job for bringing something new to the internet! 167266