Əsas səhifə Biznes “Atam 20 kvadrat metrlik dükanda satıcı işləyirdi”

“Atam 20 kvadrat metrlik dükanda satıcı işləyirdi”

1498
Paylaş

Tekstil və geyim sektorunda marka olan Tozlu.com hazırda 100 ölkəyə internetlə online satışlar həyata keçirir. Tozlu.com yaradıcısı Hüseyn Tozlu hədəflərinin 200 ölkəyə çatdırılmasıdır.

Hüseyn Tozlu: “Ailəvi olaraq iş üçün 1986-cı ildə Samsuna köçmüşük. Atam turistlər üçün yaradılan bazarda 20 kvadrat metrlik dükanda satıcı işləyirdi. Mən məktəbi bitirdikdən sonra Marmara Universitetində təhsil aldım. İstanbulda 5 ilə qədər bank sektorunda çalışdım. 1999-cu ildə də atam təqaüdçü olduqdan sonra Samsunda onun işinin başına keçdim. Atam rusların gətirdiklərini alıb satırdı. Mən də İstanbuldan ona sata biləcəyi şeylər göndərirdim.”

“Çalışaraq ailəmizə dəstək oldum”

İstanbulda bankda işləyəndə öz maaşımla tekstil məhsulları alıb atama göndərirdim. Ancaq bankda hər gün eyni işləri etməkdən bezmişdim. Üstəlik ailə həsrəti mənim İstanbuldan Samsuna qayıtmağıma səbəb oldu. Bazardakı qazancımız ailənin xərclərini qarşılamadığına görə Samsunda mağaza açmağa qərar verdik. Pulumuz yox idi amma borcla girdik bu işə. Daha sonra ikinci və üçüncü mağazanı açdıq və beləcə davam etdi. 2010-ci ildə artıq Qara dəniz bölgəsində 40-a yaxın mağazamız olmuşdu.

İlk sifariş həyəcanını unutmuram!

“2010-ci ildə bu işə Samsundakı proqramçılarla başladıq amma çox gecikdik. Xüsusilə bəzi istəklərim oldu. Mağazadakı sistemlərin web saytına inteqrasiya edilməsi bir qədər uzun çəkdi. 2011-ci ildə satışa başladıq. İlk sifarişin gəlməsini həyəcanla gözləyirdim. Tozlu.com’a ilk sifariş Ərzurumdan gəldi. O gün yaşadığım həyəcanı unuda bilmirəm. Mənim üçün inanılmaz bir şey idi. İnternet sistemini zirzəmidə qurmuşduq. Ankarada bir bankın bölgə müdirinə layihəmizi izah etdim. Kreditdən istifadə edərək bəzi problemləri həll etmək lazım idi. Bank müdirinə layihəmiz haqqında danışdıqdan sonra mənə ‘Hüseyn, layihə çox yaxşıdır amma sizə kredit verə bilmərəm dedi. Başqa bir bankı razı edərək kreditlə yeni yerimizə keçdik. Bunlar da heç unutmadığım xatirələrimdir. ”

Nəzərinizə çatdıraq ki, tozlu.com bir çox ölkədə olduğu kimi Azərbaycanda da fəaliyyət göstərir.