Adi, elektron saat quraşdırılmış saat taxan multimilyarder

2
1146

Karlos Slim Yer kürəsinin ən zəngin insanıdır. Forbes jurnalına əsasən onun  sərvətinin miqdarı 79, 6 milyard dollar həcmində qiymətləndirilir.


İldə bir dəfə böyük Slim ailəsi, nəvələr və biznesin gələcək varisləri olacaq oğulları ilə birlikdə Meksikanın qərb sahillərində istirahət etmək üçün bir yerə toplaşır. Ailə dəyərləri və məsuliyyəti Slim üçün hər zaman birinci yerdə dayanıb.


Karlos Slim öz altı uşağına riyaziyyatı özü öyrədib. Bu zaman, o, övladlarına həm də biznesin əsaslarını da aşılamağı unutmayıb. Üç oğlu atasının yolunu davam etdirir. Onlardan ən böyüyü – Karlos Slim Domit “Carso Group”-un idarə heyətinin sədri vəzifəsini icra edir.


Təvazökarlığı, qənaətcilliyi ilə məşhurdur, dəbdəbəni sevmir. Hətta ən yüksək səviyyədə keçirilən görüşlərə belə adi, kalkulyator quraşdırılmış, elektron saatlar taxır.


Doğma Meksikanın iqtisadiyyatına və təhsil sisteminə milyon və milyardlarla investisiya edir.


 

2 COMMENTS