Kibertəhlükəsizlik mütəxəssisi: “iPhone 11 Pro smartfonları öz istifadəçilərini izləyirlər” – VİDEO

Date:

Paylaş:

Kibertəhlükəsizlik mütəxəssisi Brian Krebs bildirib ki, iPhone 11 Pro smartfonu istifadəçinin icazəsi olmadan onun barəsində konfidensial məlumatları yığan tətbiqlərə sahibdir. Bu barədə Rusbase saytı xəbər verib. Brian Krebs, iPhone 11 Pro-da geolokasiya axtarışının necə deaktiv edilməsi barəsində video çəkib. Lakin bir müddətdən sonra geolokasiya axtarışına aid olan ikon yenə də smartfon ekranının yuxarı hissəsində ortaya çıxır.

Onun verdiyi məlumata əsasən iPhone 8-də bu cür hal müşahidə edilməyib. Daha sonra kibertəhlükəsizlik mütəxəssisi sonuncu iPhone modellərinə sahib digər istifadəçilər ilə də əlaqə yaradıb və öyrənib ki, istifadçilərin çoxu iOS 13.2.3 əməliyyat sistemli iPhone modellərində eyni problemi yaşayırlar. Krebs-in sorğusuna cavab olaraq Apple şirkəti bildirib ki, o bunda heç bir təhlükəli hal görmür.

Şirkət həmçinin qeyd edib ki, geolokasiya axtarışı ikonunun ekranda əks olunmasının əsas səbəblərindən biri də ayarlarında cihazın yerləşdiyi yer barəsində funksiyanın deaktiv edilməsinin mümkünsüz olduğu tətbiqlərin çalışmasıdır. Mütəxəssis güman edir ki, smartfonlar hətta geolokasiya fuksiyasının deaktiv edilməsi halında da geolokasiya məlumatlarını yığan tətbiqlərə sahibdirlər.


Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...