“Apple Watch” canlı yayımda eksperti yalançı çıxardı

Date:

Paylaş:

İstifadəçilərin həyatını asanlaşdıran “Apple Watch”, hətta canlı yayımlara da müdaxilə edə bilir.

Bizplus.az bildirir ki, BBC-nin efirində gözlənilmədən aktiv olan “Siri” meteorologiya ekspertini yalançı çıxarıb.

“Apple Watch” üzərindən istifadəçilərin komandasını gözləyən “Siri” gözlənilməyən anda da aktivləşə bilir. Gündəlik həyatda rast gəldiyimiz bu hadisə canlı yayımda baş verəndə isə ortaya komik anlar çıxır.

BBC-də hava proqnozunu təqdim edən meteorologiya eksperti Tomas Şafernaker Amerika Birləşmiş Ştatlarının bəzi bölgələrində gözlənilən soyuq hava və qarla bağlı danışan zaman “ağıllı” saatı aktivləşərək, yayıma müdaxilə edir.

Şafernaker qarla bağlı xəbərdarlıq edərkən, “Siri” qar gözlənilmədiyini elan edir. Şafernaker gözlənilməz hadisədən dolayı üzr istəyib, xəbər spikeri isə zarafatyana “ancaq sənin təxmininlə qar yağacağı gözlənilirdi” deyib.

Şafernaker canlı yayımda saatı “çalışdırmasa da” assistent bəzi kəlmələri müraciət hesab edərək, avtomatik aktivləşə bilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...