Kibertəhlükəsizlik mütəxəssisi Brian Krebs bildirib ki, iPhone 11 Pro smartfonu istifadəçinin icazəsi olmadan onun barəsində konfidensial məlumatları yığan tətbiqlərə sahibdir. Bu barədə Rusbase saytı xəbər verib. Brian Krebs, iPhone 11 Pro-da geolokasiya axtarışının necə deaktiv edilməsi barəsində video çəkib. Lakin bir müddətdən sonra geolokasiya axtarışına aid olan ikon yenə də smartfon ekranının yuxarı hissəsində ortaya çıxır.
Onun verdiyi məlumata əsasən iPhone 8-də bu cür hal müşahidə edilməyib. Daha sonra kibertəhlükəsizlik mütəxəssisi sonuncu iPhone modellərinə sahib digər istifadəçilər ilə də əlaqə yaradıb və öyrənib ki, istifadçilərin çoxu iOS 13.2.3 əməliyyat sistemli iPhone modellərində eyni problemi yaşayırlar. Krebs-in sorğusuna cavab olaraq Apple şirkəti bildirib ki, o bunda heç bir təhlükəli hal görmür.
Şirkət həmçinin qeyd edib ki, geolokasiya axtarışı ikonunun ekranda əks olunmasının əsas səbəblərindən biri də ayarlarında cihazın yerləşdiyi yer barəsində funksiyanın deaktiv edilməsinin mümkünsüz olduğu tətbiqlərin çalışmasıdır. Mütəxəssis güman edir ki, smartfonlar hətta geolokasiya fuksiyasının deaktiv edilməsi halında da geolokasiya məlumatlarını yığan tətbiqlərə sahibdirlər.