KFC toyuq qanadlarına abunəlik aksiyası təşkil edir

Date:

Paylaş:

KFC hazır qidalar şəbəkəsi, onlayn bilet satışı xidməti StubHub-la birgə  ABŞ-da  futbol mövsümünün açılışı ilə əlaqədar olaraq amerikan futbolunun bütün azarkeşləri üçün aksiya elan edib. Oktyabrın 17-dən etibarən 500 uğurlu alıcı sevimli toyuq qanadlarına “abunə”ola biləcək. Belə ki, Seasoned Tickets ( “Mövsümi biletlər”) almaqla azarkeş özü və dostları üçün noyabrın 7-dən yanvarın 15-nə kimi bütün mövsüm boyu bu çərəzdən əldə edə bilər.

10 həftə çəkəcək bu aksiya zamanı abunəçiyə hər həftə üçün 37 dollara KFC-dən 48 ədəd toyuq qanadı çatdırılacaq. Bundan başqa, onları yaxınlıqda yerləşən şəbəkə restoranından da sərəbst şəkildə əldə etmək mümkün olacaq. 10-cu həftədə qanadların sayı iki dəfə artırılacaq. Ümumilikdə abunəçi 400 dollardan çox məbləğə 528 toyuq qanadı əldə edəcək. Toyuq qanadları klassik soussuz variantda ya da seçim üzrə Nashville Hot, Buffalo və ya Honey BBQ souslarından biri ilə təqdim ediləcək.

Aksiya təşkilatçılarının sözlərinə görə, abunəçilərin əldə edəcəkləri biletlər də əsl toyuq qanadı ətrini verən xüsusi yüksək keyfiyyətli kağız növündən hazırlanacaqlar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...