RLoop mühəndis qrupu Arrivo startapını alıb

Date:

Paylaş:

Reddit platformasında formalaşan rLoop mühəndis qrupu yüksəksürətli Hyperloop nəqliyyatları hazırlayan Arrivo startapını alıb. Bu barədə “The Verge” xəbər verir. Yeni sahibkarlar layihəni inkişaf etdirmək barədə hələ ki bir qərara gəlməyiblər.

RLoop-un  həmtəsisçisi Brent Lessard alışı təsdiqləyib amma məbləği açıqlamayıb.

Arrivo əla bir konsepsiya təklif edib: tunneldə yüksəksürətlə hərəkət etmək üçün  vakuum əvəzinə maqnit levitasiyası texnologiyası.

Lessard-ın sözlərinə görə, mühəndislər Arrivo-nun bəzi layihələrini inkişaf etdirməyə çalışırlar: Denevrdə (Kolorado ştatı) sınaq meydançası. Bundan başqa, rLoop startapın bir sıra keçmiş əməkdaşlarını da layihənin inkişaf etdirilməsinə cəlb edə bilər.

2017-ci ildə SpaceX-in keçmiş mühəndisi tərəfindən yaradılan Arrivo startapının komandasında keçmiş Hyperloop One, SpaceX və AECOM əməkdaşları olub.

RLoop – dünyanın müxtəlif ərzilərinə yayılmış 140 mühəndis və dizayner komandası. Onlar 2015-ci ildə SpaceX-in Hyperloop sistemini yaratması ilə bağlı müsabiqədə iştirak etmək üçün bir araya gəliblər. Amma komanda iştirakçıların əksəriyyəti bir-birlərini real həyatda heç vaxt canlı olaraq görməyiblər, belə ki, onlar Reddit vasitəsilə əlaqə yaradaraq layihələr üzərində işləyirlər.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...