Əsas səhifə Biznes sahələri Kriptovalyuta KFC Bitcoin qəbul etməyə başlayıb

KFC Bitcoin qəbul etməyə başlayıb

393

Qızardılmış toyuq şəbəkəsi “KFC Kanada” məhdud bir müddət üçün Bitcoin ilə ödənişləri qəbul edəcəyini açıqlayıb.

Şirkətin bu marketinq siyasəti eyni zamanda “facebook”-da bir ləyən toyuğun Bitcoin cinsindən qiymətinin canlı olaraq göstərilməsini də ehtiva edir. Qiymətlər təxminən 20 Kanada dollarına çata bilər.

Bununla yanaşı, birbaşa KFC filiallarına gedərək Bitcoin ilə satın alma əməliyyatı həyata keçirə bilmərsiniz.

Bunun əvəzinə, “BitPay” ilə ödənişləri internet vasitəsilə reallaşdırım evinizə sifarişi verə bilərsiniz.

“KFC Kanada” həmçinin Bitcoin-in yaradıcısı Satoşi Nakamotonun şəxsiyyətini açıqladığı təqdirdə, ona da bir qab toyuq göndərəcəyini söyləyir.

Şirkət bu xəbərlə yanaşı, sosial mediada böyük izdiham yaradarkən, Bitcoin və Blockchain-in hissə qiymətlərinə etdikləri təsir KFC-nin bağlı olduğu şirkət olan “Brands”-də çox da hiss edilməyib.

“KFC Kanada” eyni zamanda digər kriptovalyutaları da ödəniş vasitəsi kimi qəbul edə biləcəyini bildirib.

kripto.az