Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Kaspersky Lab” dünya üzrə xakerlərin sayını açıqlayıb

“Kaspersky Lab” dünya üzrə xakerlərin sayını açıqlayıb

147
Paylaş
Hacker
Hacker

“İzvestia” qəzetinin açıqlamasına görə, “Kaspersky Lab” antivirus şirkəti bildirib ki, xakerlər cəmiyyəti on minlərlə insandan ibarətdir və 14 birliyə bölünüb.

Kaspersky Lab” kibercinayətkarların təxmini sayının on minlərlə insan olduğunu deyib. Onlar bir-birləri ilə yarıqapalı və qapalı forumlarda qarşılıqlı fəaliyyət göstərirlər. Ora pul hesabına və ya meydandakı yüksək etibarlı birisinin məsləhəti ilə daxil olmaq olar. Mütəxəssislər 12 xaker cəmiyyəti hesaba alıblar.

“Kaspersky Lab” ən böyük antivirus eksperti Sergei Lozhkin-in sözlərinə görə, ən məşhur yarıqapalı forumlarda min istifadəçi oturur. Gündəlik olaraq orada 20-30 yeni mövzu yaranır. Qapalı meydanlarda eyni vaxtda yüzlərlə insan olur. Lakin dağıdıdcı xakerlər və yüksək kateqoriyalı kibercinayətkarlar messencerlə anonim şəkildə ünsiyyət qururlar.” Elit qruplar” da isə bir neçə yüz adam olur.

İştirakçı sayına görə ən böyük pruplaşma maliyyə kibercinayəti ilə məşğul olanlanların birliyidir. Onlar biznesə, fiziki şəxslərə  və bank infrastrukturasına hücum edirlər. Ən zəif texniki təchizata malik qrup şpion proqramlarin yaradılması ilə məşğul olanlar qrupudur.

Lozhkin-in sözlərinə görə, “Kaspersky Lab” konkret kimisə axtarmır, sadəcə yeni metodlar öyrənir. Belə forumlarda, hələ bazara çıxmamışdan öncə antivirus məhsulunun təkmilləşdirilməsinə imkan yaradan məlumatları əldə etmək mümükündür. Kibercinayətkarları aşkar etmək üçün 2018-ci ilin yanvarında Rusiyanın DİN-in və “Sberbank”ın  işçi qupu yaradılıb. Bankın sədr müavini Stanislav Kuznetsov bildirib ki, daimi kibercinayətlə məşğul olanların sayı ölkə üzrə 800-900 nəfərə yaxındır.