Azərbaycanlı gəncin “Dataforest” uğuru

Date:

Paylaş:

  • Zəhmət olmasa, özünüz haqqında qısa məlumat verə bilərsiz? Bu layihədən öncə hansı işlərlə məşğul idiniz?

Mən, Elnarə Məmmədzadə, 21 yaşım var. Dataforest Startupın təsisçisi və İdarəetmə üzrə partnyoru və İqtisad Universitetin “SABAH” qruplarının məzunuyam. Daha əvvəl “Telecom” şirkətində və nəznində olan İnnovasiya Mərkəzində çalışmışam.

  • Necə oldu ki, Startup yaratmaq fikirinə düşdüz? Sizi bu işə motivasiya edən şey nə oldu?

Universitetə daxil olmamış “Coursera”dan (TOP universitetlərin onlayn kurslar platforması) “İnnovativ İdeyanı biznesə çevirmək” haqqında onlayn kursu izləmişdim və o vaxtdan məndə startup-ı təsis etmək həvəsi yarandı. Universitetdə oxuduğum zaman isə 3-cü kursda “İnnovasiya və sahibkarlıq” mərkəzindəki təcrübə proqramına daxil oldum. Orada fəaliyyət göstərdiyim müddət ərzində müxtəlif startuplarla, yeni yaranmış innovativ bizneslərlə, uğurlu startupların təsisçilərilə və investorlarla tanış oldum. Sonra isə “MIT Global Startup Laboratoriyası” proqramına seçildim və mən komandamla birlikdə startup ideya üzərində çalışmağa başladım. “Dataforest” layihəsi də sırf orada yarandı. Qeyd edə bilərəm ki, təcrübə vaxtı gördüyüm rəqəmsal ekosistem, daha sonra startup laboratoriyasında intensiv 2 aylıq nəzəri bilik və öz startupımda praktiki tətbiq “Dataforest”in  reallaşmasına təkan verib.

  • İlk dəfə işə başlayanda, yəni yolun ən başında ağlınızda bir yol xəritəsi, bir limitiniz var idi mi və hazırda bu yolun hansı hissəsini qət etmisiniz?

Startup qurmağımda ailəm mənə tam dəstək olmadı. Amma buna baxmayaraq öz məqsədimin arxasıyca getdim və bizim uğurlarımız artıq bunu sübut edir. Mənim mükəmməl komanda yoldaşlarım var: Rəhim Rəhimli, Leyli Abbasova və Samir Məmmədov “Dataforest”in platformasını hazırlayırlar. Qeyd edim ki, biz 4-müzdə 2018-ci ilin məzunlarıyıq. Bu o deməkdir ki, universiteti yeni bitirmiş, kifayət qədər maddi vəsaiti olmayan 4 gənc böyük investisiya tələb edən global biznes yaradır. Qeyri-real səslənsə də, biz işimizə və uğurumuza çox inanırıq.

  • “Dataforest” haqqında ətraflı məlumat verə bilərsiz? Bu layihənin nə kimi müsbət cəhətləri var?

“Dataforest” – məlumatlar axtaran insanlar üçün web və mobil məlumat bazarıdır. Bu bazar tədqiqatçılar və şirkətlərlə boş zamanlarında pul qazanmaq istəyən insanlar arasında körpü quraraq bütün dünyadakı məlumatları yükləmək və paylaşmaq üçün unikal məkandır. “Dataforest” keyfiyyəti filtirlənən sürətli, rahat, çeşidli visual və səs məlumat bazasıdır. (www.dataforest.in)

  • Sistemin istifadəçiləri əsasən hansı coğrafi əraziləri əhatə edir və onları nə motivasiya edir ki, bu sistemdən istifadə etsinlər?

Dataforest təkcə yerli bazara fokuslanmayıb. Platformada 2 növ istifadəçi var: Tədqidatçılar və istifadəçilər. Tədqiqatçılar (tədqiqat mərkəzləri və şirkətlər) burada qısa müddət ərzində İntelektual filtirləmə və dəyərləndirmə sistemində keçmiş visual və səs məlumatlarını əldə edəcəklər. İstifadəçilər (smartfonu istifadə edən insanlar) isə tapşırıq yönümlü məlumatları  yükləyərək pul qazanırlar və qlobal məlumat ağaclandırma hərəkatının bir parçası olurlar.

Daha aydın şəkildə izah etsək, tədqiqatçılar istifadəçilərdən lazım olan məlumatı qısa vaxt ərzində əldə edir və nəticədə hər iki tərəfdə mənfəət əldə etmiş olur. “Dataforest” bir növ tədqiqatçılar və istifadəçilər arasında körpü rolunu oynayır.

  • Platformanızın çox qısa zamanda uğur qazanmasını nəzərə alaraq, növbəti 1-2 il ərzində onun inkişafını necə görürsüz?

2018-ci ildə “MİT Qlobal Startap Laboratoriyası”nda yaranan startap, ölkəmizdə də qısa müddət ərzində böyük nailiyyətlər qazana bilib. Belə ki, “MİT GSL Azerbaijan Demoday”inin qalibi olan layihə,  “AWITA 2018”də “İlin Startapı” kimi mükafatlandırırmışdır. Həmçinin, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rezidenti seçilib. 2019-cü ildə isə Dataforest “İKT tətbiqi: Həyatın bütün aspektlərində fayda – E-biznes” kateqoriyasında (Action Line 7. ICT Application: Benefits in all aspects of life – E-business) “İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti”nin (WSIS) çempionu seçilib. İlk dəfə 2012-ci ildə keçirilən “WSIS”, rəqəmsal sahələrdə mövcud trendlərin, yeniliklərin və çətinliklərin müzakirə olunduğu ən iri toplantı hesab olunur.  Bu hələ başlanğıcdır. “Dataforest”in  növbəti addımları bazara çıxması ilə başlayacaq. Əsas planlarımız tədqiqat mərkəzləri ilə birgə işləməkdir və platformaya çoxlu sayda istifadəçiləri cəlb etməkdir.

  • Sistemdə yeni texnologiyalardan (machine learning və digər) hansı istifadə olunur?

Bizim müştərilərimiz AI (Süni Zəka) əsasında aparılan tədqiqatlar və biznes proseslərin optimallaşmasına dair layihələr üçün tələb olunan səs və vizual məlumatı istifadə edən şəxslərdir. Tutaq ki,  danışıq tanıma platformu düzəldirsiniz. Burada nəzərə alınmalı xeyli aksent, ləhcə, səs tonu var. Machine Learning texnologiyasını tətbiq edərkən alqoritmi yaratmaq üçün geniş məlumata ehtiyac olacaq. Siz bu tapşırığı internet saytımızda bölüşə bilərsiniz və biz sizə qısa zamanda lazımi məlumatı toplayıb təqdim edəcəyik.

  • Bu layihə ilə yanaşı, başqa bir işlə məşğulsunuz mu?

 Bütün diqqətimi hal-hazırda startupa yönəltmişəm.

 

 

 

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...