Britaniyanın avtomobil holdinqi Jaguar Land Rover meqapolis avtomobili konseptini təqdim edib. Project Vector adlı konsepti şirkət 18 fevralda göstərib.
Project Vector “ağıllı” şəhər infrastrukturasına inteqrasiya olunmuş təmamilə avtonom bir platformadır. Yeni konsept Destiantion Zero missiyası çərçivəsində yaradılıb: sıfır emissiya (tullantı), sıfır qəza, sıfır yüklənmə.
Avtomobilin korpusunun uzunluğu dörd metrdir. Batareyası və transmissiya komponentləri döşəmədə yerləşib. Salonunun konfiqurasiyası maşından həm şəxsi, həm də ictimai nəqliyyat kimi istifadəni mümkün edir. Avtomobilin pilotsuz biri kimi qeydə alınmasına baxmayaraq, eskizlərində sürücü oturacağı, sükan və idarəetmə paneli görünür.
Şirkət elektrik avtomobilin sınağını 2021-ci ilin sonu Koventri şəhərinin yollarında həyata keçirməyi planlaşdırıb.