Rüfət Əzizov: “Qeyri-leqal bizneslərin rəsmiləşməsi investisiyaları təşviq edir”

Date:

Paylaş:

“Unimetal” MMC-nin direktoru Rüfət Əzizov “Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru” mövzusunda keçirilən konfransda çıxış edərək bildirib ki, son bir neçə ildə ölkədə aparılan islahatlar nəticəsində şəffaflığın təmin olunması istiqamətində əhəmiyyətli addımlar atılıb. O, bunun investisiya mühitinə təsirlərini önə çəkib. Şirkətlərin xərclərinin, maliyyə hesabatlarının rəsmiləşdirilməsinin banklar, maliyyə institutları ilə müzakirələr zamanı onların biznes kreditlərinə çıxışına müsbət təsir etdiyini deyib. Bununla şirkətlərin sərfəli kredit əldə etmək imkanları çoxalır və beləliklə əlavə investisiyaların artımına şəriat yaranır.

R.Əzizov daha bir müsbət məqam kimi İqtisadiyyat Nazirliyi tərəfindən verilən təşviq sənədlərində nəzərdə tutulan vergi güzəştlərini vurğulayıb.

Qeyd edilib ki, bütün dünyada qeyri-leqal bizneslər qanunsuz elektrik enerjisi və digər resursların istifadəsi, eləcə də vergidən yayınmanın əsas mənbəyidir. Vergi ilə yanaşı, gömrük sistemində də müsbət dəyişikliklərin olduğunu bildirən R.Əzizov mövcud probemlərə də toxunub: “Bütün bu müsbət dəyişikliklərə baxmayaraq bəzi problemlərimiz də qalmaqdadır. Keçid dövründə sahibkarlar dövlətin, Vergilər Nazirliyinin islahat sürətinə, yeni qaydalara tam transformasiya ola bilmir. Burada da obyektiv səbəblər var. Müxtəlif tələblərin transformasiyası üçün müəyyən vaxt lazımdır. Ona görə də, hesab edirəm ki, bu keçid dövründə sahibkarlara müəyyən güzəştlər edilməlidir, dostcasına yanaşılmalıdır və iqtisadi perspektivlər nəzərə alınmalıdır”.

R.Əzizov problemlərdən biri kimi bəzi şirkətlərdə əmlak və avadanlıqların tam qeydiyyatda olmamasını qeyd edib. Avadanlıq balansda olmadığından sahibkar ona xərclənən vəsaitləri amortizasiya xərclərinə sala bilmir, nəticədə mənfəəti və vergisi çoxalır. Digər tərəfdən, sahibkarlar həmin avadanlıqlarından banklarla, maliyyə institutları ilə münasibətlərdə girov kimi istifadə edə bilmir, onların kredit almaq imkanları məhdudlaşır.

R.Əzizov qeyd edib ki, bazarda uzun müddət qalmaq üçün yüksək keyfiyyət olmalıdır ki, həm hər hansı brend bazarda tanınsın, həm də şikayətlərin yaranmasına səbəb olan çatışmazlıqlar aradan qaldırılsın.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...