Əsas səhifə Xəbərlər Xarici xəbərlər Jack Ma SoftBank-ın rəhbərini dünyanın ən cəsur səhmdarı adlandırıb

Jack Ma SoftBank-ın rəhbərini dünyanın ən cəsur səhmdarı adlandırıb

84
Paylaş

Alibaba-nın keçmiş rəhbəri və Çinin ən zəngin iş adamı Jack Ma SoftBank-ın sahibi Masayoshi Son-a təriflər yağdıraraq onu cəsarətli səhmdar adlandırıb. Son özü də etiraf edib ki, həddindən artıq cəsur olduğundan çoxlu pul “itirir”. Bu barədə Tokio forumu çərçivəsində Sonla Jack Ma arasında baş tutan söhbət zamanı məlum olub.

Yaponiyalı milyarder son zamanların Uber və WeWork kimi konkret uğursuzluqlarını əsassız hesab edib.

Tokioda o bir daha düzgün investisiya strategiyası yürütdüyünü hesab etdiyini bildirib. Xatırladıb ki, Alibaba şirkətinin ilk səhmdarlarından biri olub. 2000-ci ildə SoftBank ona 20 mln. dollar yatırıb. Həmin vaxt Son-la görüşən digər sahibkarların “ürəklərinin dərinliyində həqiqi inamları olmayıb”, yapon milyarder bildirib. Ma qeyd edib ki, Son Alibaba üçün hətta 50 mln. dollar təklif edib, amma o imtina edib: bu hədsiz çox idi.

Qeyd edək ki, forumda Son Yaponiyada 184 mln. dollarlıq süni zəkanın inkişafı proqramının yaradılması barədə də açıqlama verib. Ma isə bildirib ki, süni zəkanın inkişafı ilə təhsildə dəyişiklik yaratmağın zamanıdır.