Bədbəxt hadisə nəticəsində şirkət quran 25 yaşlı amerikalı və onun “25 mlrd. dollarlıq mübarizəsi”

Date:

Paylaş:

Bəzən kimisə və ya nəyisə vertolyotla qaldırmaq çətin hətta demək olar ki, mümkünsüz olur. 25 yaşlı Caleb Carr-ın həyatında da belə bir vəziyyət faciəvi rol oynayıb – onun təlimatçısı dağlarda vaxtında tibbi yardım ala bilmir və həyatını itirir. İllərdən sonra Carr və onun tərəfdaşı, mühəndis Derek Sikora yaxşı kommersiya perspektivləri olan vertolyotla yüksəkliyə qalxma sistemi yaradırlar.

Caleb Carr on beş yaşı olanda şimali Oreqondakı Larç dağında axtarış-xilasetmə dəstəsinə könüllü kimi qoşulur. Bir dəfə onun təlimatçısı infarkt keçirir. Onu xəstəxanaya çatdırmaq üçün “Qara şahin” vertolyotu gəlir, amma külək sıx meşə örtüyü boyunca qaldırmaq üçün xilasedici beşiyi çox möhkəm silkələyir. Təlimatçı dağda vəfat edir. Bu hadisə Carr-ın yadından çıxmır.

Hələ universitetdə oxuyarkən Carr dərslərini tez-tez buraxırdı və yüklərin vertolyotlarla daha stabil şəkildə necə yüksəkliyə qaldırılması sistemi üzərində araşdırmalar aparmaqla məşğul olurdu. Məqsədi həm də onlardan hər yerdə istifadə etmənin mümkünlüyünü təmin etmək idi: xilasetmə əməliyyatlarından tutmuş malların çatdırılmasına kimi. Nəhayət, Carr və onun iş ortağı Derek Sikora həll yolunu tapırlar: möhkəm pərlər və hərəkət datçikləri vertolyot qaldırıcısının aşağı hissəsinə bərkidilirlər. Beləcə, pilotlar vəziyyətə daha yaxşı nəzarət edə bilirlər, hava şəraiti ilə əlaqədar və ya insan faktoru ilə bağlı olan güclü silkələnmələr isə səngiyir.

Artıq şəriklərin Vita Inclinata adlı şirkətləri səhmdarlardan  10,7 mln. dollar cəlb ediblər. Bu səhmdarlar arasında Yaponiyanın ticarət nəhəngi Kanematsu da var. Bundan başqa, şirkət bəzi beynəlxalq hərbi təchizatçılarla 150 mln. dollarlıq müqavilə üzərində danışıqlar aparır. Vita Inclinata-nın uğuru 25 yaşlı Carr-ın və onun tərəfdaşının Amerikanın “Forbes 30 under 30” siyahısına düşməsi ilə nəticələnir. Onlar burada “İstehsal və sənaye” kateqoriyasında yer alıblar.

Carr şirkətin missiyasının həyat xilas etmək olması barədə danışmağı çox sevir və güman ki, onu biznesi idarə etmək faktı təəccübləndirir. O, hələ yeniyetmə ikən axtarış-xilasetmə işləri ilə məşğul olmağa başlayıb və Portlend şəhərində yanğınsöndürmədə könüllü olaraq çalışıb. Sahibkar deyir: “ Mən vertolyotdan tullanmaq və ya kosmonavt olmaq istəyirdim. Boyum qırıcı-pilot olmaq üçün çox hündür idi”.

Carr kollecdə oxuyanda fizika müəlliminə dostunun dağda onun gözləri önündə necə dünyasını dəyişməsindən danışır və müəllimi ona bir daha belə bir vəziyyətlərin təkrarlanmaması üçün niyə də nəsə bir şey etməsin deyə soruşur. Carr biofizikanı öyrənirdi, tibb fakültəsinə daxil olmaq istəyirdi və onun o vaxt cəmi 18 yaşı vardı. Carr ünsiyyətcil idi və tez bir zamanda tələbələr qrupu toplayır. Onlar sensor sistemləri və motorları öyrənmək istəyirdilər. Fizika müəllimi deyir ki, Carr çox böyük həvəslə işə başlayır. Carr-ın birinci kurs tələbələrindən ibarət komandası təkcə sərbəst fəaliyyət göstərmirdi. Belə ki,  Carr bir Araşdırma mərkəzində ekspertlərlə, onlardan nəsə öyrənmək  üçün  görüş təşkil edir.

Carr-ın komandası dəmir yolu sistemi ideyasını düşünürlər. Onu, vertolyotun havada olarkən silkələnməsini qarşılamaq üçün göyərtəsində quraşdırmaq olardı. Komanda həm də  helikopter sistemini yoxlamağa çalışırdı. Carr indilərdə deyir ki, bunların hər ikisi axmaq ideyalar idi. 2016-cı ilin martında Carr dəmir yolları ilə bağlı ideyasını üç biznes-müsabiqədə təqdim edir, amma ideyası qazanmır. Buna baxmayaraq, o, çıxış yolu axtarmaqda davam edir.

Carr Sikora ilə tanış olanda şirkət tam olaraq rəsmiləşir. Sikora kolleci bitirmişdi və Pathfinder Systems-də mühəndis işləyirdi. Bu şirkət proqram təminatı işinə baxır və həm hərbi həm də sənaye sahəsində sistemlərin layihələndirilməsi üzrə xidmətlər göstərir. 2015-ci ilin sonunda Sikora, Kolorado Universiteti vasitəsilə Vita-da məvacibsiz  təcrübəçi vəzifəsinə rezümesini təqdim edir.  Carr-ın iş ortağı Sikora yaxşı texniki biliklərə yiyələnmişdi: onun ailəsi Progeny Systems hərbi podratçısını yaratmışdı və özü isə kollecdə oxuyanda  Pathfinder-də hərbi vertolyotlar üzərində işləyirdi.

Bir neçə ay ərzində Carr şirkəti yenidən təşkil edir və Sikora Vita-nın texniki işlər üzrə direktoru, eyni zamanda həmtəsisçisi olur. Onların biznesdə payları bərabərdir. “ Hələ müsahibədə mən başa düşdüm ki, onlara lazım olan məndə var, amma onlar özləri bunu hələ ki bilmirdilər və sadəcə onlara yardım edə biləcək bir adam axtarırdılar”, deyə Sikora bildirir.

Sikora Vita texnologiyasına yeni həyat bəxş edir. O, gecələr və bazar günləri başqa bir neçə mühəndislə Denver-dəki qarajında işləyir və bunu belə xatırlayır: “Bu vaxtlar işləmək üçün ən yaxşı zamanlar idi. Qarajda ancaq bir maşın üçün yer var idi, yəni içərisi dar  idi. Maşını çölə çıxarırdım, qar yağanda onu təmizləməli və yenidən qaraja salmalı olurdum”.

Sikora əvvəllər hərbçilərlə işlədiyinə görə, bu təcrübəsindən bilirdi ki, tapdıqları həll yolu hər nə olursa olsun vertolyotun konstruksiyasına çıxarılmış bir əlavə olmalıdır. Ancaq belə olan halda “Qara şahin”in dizaynının dəyişdirilməsi cəhdinə görə layihənin çoxillik bürokratiyaya bulaşmayacağına şans var idi. Bundan başqa,  o belə hesab edirdi ki, dəmir yolu sistemi işləməyəcək, çünki, onunla vertolyot ağırlaşacaq və bu da qeyri-satibillik ucbatından mümkün qəza hallarının sayını artıracaq. Bunun əvəzində o, pərlərin necə dartması üzərində düşündü.  Təyyarə ilə uçarkən o, illüminatordan turbinlərə baxıb salfetka üzərində cızma-qara edirdi. O deyir: “ Stabil-karqo (yük) sistemi sıfırdan qurulub. Alqoritm özlüyündə çox mürəkkəbdir, çünki faktiki olaraq, sən məkanda iki nöqtəni biri digərinə münasibətdə yerləşdirməyə çalışırsan, amma ikincinin harda yerləşdiyini heç bilmirsən”.

2018-ci il ərzində Sikora komandası ilə birgə yeni cihaz yaratmağa çalışır, Carr isə onları cəld işləməyə tələsdirirdi. Onların heç biri Vita-dan əmək haqqı almırdı. Carr belə deyir: “ Bütün 2018-ci il boyunca biz çin ventilyator və plastiklərindən ibarət 10 000 dollarlıq cihazı qurmağa çalışdıq. Nəticədə qırmızı pərləri olan qara qutu ərsəyə gəldi”. Səylər öz nəticəsini göstərdi.

2018-ci ilin yayında Vita şirkəti cihazını EAA AirVenture Oshkosh aviaşousunda nümayiş etdirir. Bu zaman 600 000 aviasiya azarkeşi toplayırlar. Noyabrda onlar stabil karqo sistemlərinin prototpi ilə uçuş həyata keçirirlər. Bu uçuş  dördnəfərlik yüngül Robinson R44 vertolyotunda baş tutur.

Vita, keçən qış “Air Force Accelerator Powered by  Techstars” biznes-akseleratoru tərəfindən qəbul olunub, AFWERX-dən təxminən 50 000 dollar əldə edəndə bir yeniliyə imza atmış olur. Hərbi dairələrin rəğbətini qazanaraq, Vita tezliklə ABŞ-ın Müdafiə Nazirlyi ilə 6,3 mln. dollarlıq müqavilələr imzalayır və hərbi təchizatçılarla, həmçinin də digər şirkətlərlə danışıqlara başlayır.

Hal-hazırda Carr və Sikora qazma qurğuları, tikinti kranları və digər təhlükəli obyektlərlə işləyən müştərilərlə əməkdaşlıq niyyətindədirlər. Vita-nın ilk prototipi 68 kq.-a kimi olan yükü tarazlaşdıra bilirdi, amma hazırki sistemlə isə 4535 kq.-a kimi yüklərlə işləmək mümkündür. Xüsusilə kranlar üçün işlənib hazırlanmış yeni versiya isə 9070 kq.-a kimi yükə nəzarəti həyata keçirə bilir. Air Force Accelerator-un idarəedici direktoru Warren Katz belə hesab edir ki, komnmersiya bazarının həcmi ümumilikdə 25 mlrd. dollar və daha çox ola bilər. Bu isə o deməkdir ki, Vita uğurlu bir biznes ola bilər, belə ki, bunun üçün buradan kiçik bir pay əldə edə bilməsi kifayətdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...