“Alibaba Group”un sədri Jack Ma, bu gün vəzifəsindən gedir. Jack Ma üçün 80 min nəfərlik Hangzhou Olimpiya Stadionunda vida mərasimi təşkil olunacaq.
“Alibaba Group”da Jack Ma-nın vəzifəsini Daniel Zhang davam etdirəcək.
Jack Ma sədr vəzifəsini tərk etsə də “Alibaba”nın Müşahidə Şurasında qalacaq. Ma, keçid prosesinin problemsiz yaşanması və çatışmazlıqların qarşısının alınması üçün daha bir il də şirkətdə çalışacaq.
Keçmişdə İngilis dili müəllimi olan Jack Ma, “Alibaba”nı 20 il əvvəl Hangzhou şəhərində kiçik bir mənzildə qurmuşdur.
Ma, təxminən 270 milyard yuan (təxminən 40 milyard dollar) şəxsi sərvətilə Çinin ən avarlı adamıdır. Jack Manın əsl peşəsi olan müəllimliyə qayıdacağı bildirilir.