Lululemon”un satışları gözləniləndən yüksək olub

Date:

Paylaş:

Yeni kateqoriyaların olması Lululemon-un satışlarını əhəmiyyətli dərəcədə artırmasına təkan verib.

Məhsulların çeşid bolluğu və yaxşı marketinq sayəsində Lululemon-un gəlirləri ikinci rübdə analitiklərin gözlədikləri nəticəni gözlə görünən qədər üstələyib. Şimali Amerikada gəlirlər 21% artıb. Şirkətin mənfəəti 22% atıb və 883,35 milyon dollar olub ( bir il əvvəl – 723,5 milyon dollar ). Analitiklər bu rəqəmləri 846,83 milyon dollar proqnoz etmişdilər. Bununla belə, şirkət 2023-cü ilə qədər beynəlxalq gəliri dörd dəfə artırmağı planlaşdırır.

Şirkət həm də öz illik proqnozunu yaxşılaşdırıb. Baş direktor Calvin McDonald  bildirib ki, qarşıda onları “əsaslı şəkildə artıb-azalan zolaq” gözləyir və bu, Lululemon-un yeni kateqoriyalara keçməkdə davam etməsi sayəsindədir.

Kişi geyimlərinin satışı inkişafın əsas göstəricisi olub və 35% artaraq qadın geyimləri satışını ötüb. İnkişafa rəqəmsal biznesin genişlənməsi də təkan verib. İndi alıcı istədiyi məhsulu  Lululemon saytında sifariş verə, sonra isə onu şirkətin istənilən mağazasından götürə bilər. Əvvəllər belə imkan ancaq bəzi ticarət nöqtələrində var idi. Şirkətdə bildiriblər ki, kişilər və yeniyetmələr üçün olan  geyimlərin onlayn satışının iki dəfə artacağını gözləyirlər.

Bundan əvvəl, yayda şirkət Çikaqoda özünün ən böyük mağazasını açıb və bugün sayı 460-a çatan daha yeni ticarət məkanlarının açılışını planlaşdırır. Bu, inkişaf strategiyasının tərkib hissəsi sayılır və bədənə qulluq məhsulları da daxil olamqla yeni kateqoriyaların daxil edilməsini özündə ğks etdirir.

Şirkət rekord göstəricilər barədə anons verdikdən sonra səhmlərinin qiyməti dərhal 5% artıb. Bununla , Lululemon-un səhmlərinin qiyməti bu ilə 54%-dən çox artıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...